Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Səudiyyə kəşfiyyatının generalı öldürmək planı

12.11.18, 11:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İrana qarşı gizli əməliyyatı kimlər və necə hazırlayıb?
Tacdar şahzadə Məhəmməd bin Salmana yaxın olan Səudiyyə kəşfiyyat rəsmilərinin keçən il apardığı müzakirələrlə tanış olan üç şəxsin sözlərinə görə, bir neçə biznesmen və özəl şirkətdən krallığın iranlı düşmənlərinə sui-qəsd həyata keçirilməsi təklif olunub. Bu, şahzadə Məhəmmədin varis şahzadə və müdafiə naziri olduğu, hakimiyyətini gücləndirməyə başladığı dövrdə baş verib. Jurnalist Camal Qaşıqçının öldürülməsindən bir il əvvəl.
“Strateq” “New York Times”a istinadən yazır ki, səudiyyə rəsmiləri Qaşıqçının ölümündən bəri bunu onun qətlinə əmr verilmiş məmurun xəyanəti kimi qələmə verir və adını açıqlamırlar. Amma həmin rəsmi şəxs, general Əhməd əl-Əsiri 2017-ci ilin mart ayında Riyadda iş adamlarının İran iqtisadiyyatını sabotaj etmək üçün xüsusi kəşfiyyat işçilərindən istifadə etməklə, 2 milyard dollarlıq bir planın hazırlandığı yığıncaqda iştirak edib.
Müzakirələr zamanı Səudiyyə Ərəbistanının maliyyələşdirməyə çalışdığı plan daxilində general Əsirinin ən yaxşı köməkçiləri İran İnqilab Keşikçiləri (İİKK) “Qüds” Qüvvələrinin lideri Qasim Süleymaninin – Səudiyyə Ərəbistanının qatı düşməninin öldürülməsi ilə də maraqlanıblar. Şahzadə Məhəmmədin nəzarət etdiyi Yəməndəki müharibə, gizli əməliyyatlar və sui-qəsdlərə olan maraqlar tarixi cəhətdən dünyanın ən böyük neft təchizatçılarından biri olan krallıq üçün qeyri-sabitliyin yaranmasına səbəb olacaq dəyişiklikdir.
Kəşfiyyat mənsubları ilə əlaqəyə girmiş iş adamlarına gəlincə, onlar üçün İran həm gəlirli mənbəyi, həm də səudilər kimi dərin təhlükə hesab etdikləri ölkəyə xələl gətirmə fürsəti idi. Görüşü təşkil edən Livan-amerikalı iş adamı Corc Nadir olub. Bundan əvvəl o, şahzadə Məhəmmədlə görüşüb və Ağ Ev səlahiyyətlilərini “İran planı” ilə tanış edib. Yığıncaqda iştirak edən digər iştirakçı – Coel Zamel İsrailin və ABŞ-ın kəşfiyyat və təhlükəsizlik orqanları ilə dərin əlaqəsi olan şəxsdir.
Həm Nadir, həm də Zamel xüsusi məsləhətçi Robert Möllerin araşdırmasında şahidlərdir və prokurorlar onlara İran təklifi ilə bağlı Amerika və Səudiyyə rəsmiləri ilə müzakirələr barədə suallar veriblər. Bu araşdırma xəttinin Möllerin geniş sorğusuna necə uyğun gəldiyi aydın deyil. Amma 2016-cı ildə Zamelə məxsus “Psy-Group” şirkəti Trampın seçki kampaniyasını çərçivəsində sosial media manipulyasiyasında iştirak edib. Səudiyyə hökumətinin sözçüsü, Nadir və Zamelin vəkilləri kimi, şərh verməkdən boyun qaçırıb.
İran iqtisadiyyatını sabotaj etmək planı haqqında 2017-ci ilin mart ayı görüşündə, müzakirələrlə tanış olan üç nəfərin sözlərinə görə, iş adamlarına yüksək səviyyəli İran rəsmilərinin öldürülməsi də tapşırılıb. İş adamları vəkilləri ilə məsləhətləşmələri lazım olduğunu söyləyərək tərəddüd ediblər. Vəkillər bu planı rədd edib və iş adamları səudilərə heç bir sui-qəsddə iştirak etməyəcəklərini söyləyiblər. Nadir təklifi öhdəsinə götürə biləcək, İngiltərənin xüsusi əməliyyat qrupları tərəfindən idarə olunan bir London şirkəti ilə bağlı səudilərə məlumat verib. Onun təklif etdiyi şirkətin adı bəlli deyil.
Ötən ay vəzifəsindən çıxarılana qədər general Əsiri şahzadə Məhəmmədin ən yaxın məsləhətçilərindən biri sayılıb. O, 2016-cı ildə Yəməndə Səudiyyə Ərəbistanı kampaniyasının təmsilçisi olub və müharibədəki vəziyyətə dair brifinqlər verib. Səudiyyə tərəfindən maliyyələşdirilən lobbiçilər vasitəsilə Əsiri düşüncə quruluşlarının toplantılarında iştirak etmək üçün tez-tez Vaşinqtona yollanıb. Lakin 2017-ci ildə Yəməndə Əsirinin nəzarətində olan Səudiyyə kampaniyası dalana dirənib və humanitar fəlakətə səbəb olub. Amma onun patronu, şahzadə Məhəmməd, öz gücünü səltənətin bütün təhlükəsizlik qurumlarında birləşdirib və general Əsiri krallığın casus agentliyinə rəhbərlik etməyə başlayıb.
Qərb analitikləri hesab edirlər ki, şahzadə Məhəmməd general Əsiriyə “Əbu Əli” adı ilə tanınan casus idarəsi şefi Xalid bin Əli bin Abdullah əl-Hümeydanı izləməyi tapşırıb. Çünki o, Qərbin kəşfiyyat orqanlarına çox yaxındır və tacdar şahzadənin rəqiblərindən birini himayə edib. General Əsiri keçən ay Səudiyyə hökumətinə Qaşıqçının öldürülməsini və əməliyyat təşkil etdiyini boynuna alıb.
Noyabrın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaşıqçı ilə bağlı dəlillərin ABŞ, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və Fransaya təqdim olunduğunu, prezident Trampa qətlə görə Səudiyyəni daha sərt cəzalandırmaq üçün təzyiq göstərdiyini qeyd edib.
Nadir və Zamel, – İrana qarşı iqtisadi müharibə kampaniyasını müzakirə etməyə başlananda, – “Qüds” Qüvvələrinin gizli qlobal aktivlərini ortaya çıxarmaq, İranda iğtişaşlar yaratmaq, saxta sosial media hesabları ilə təbliğat aparmaq, müxalif qrupları maliyyələşdirmək, İranın yüksək vəzifəli rəsmilərini bir-birinə qarşı yönləndimək kimi əməliyyatlar düşünüblər. Nadir, Səudiyyə Ərəbistanı və İsrail ilə birlikdə, İranı Yaxın Şərqdəki sabitliyin əsas təhdidi olaraq müəyyənləşdirən bir ölkənin – Birləşmiş Ərəb Əmirliklərinin tacdar şahzadəsinin müşaviridir.
O və Zamel üçün 2016-cı il seçkilərində Hillari Klintonun gözlənilən qələbəsinin prezident Barak Obamanın imzaladığı nüvə razılaşmasının davamı demək olardı və Vaşinqtonda İran iqtisadiyyatını sabotaj etmə iştahasını pozardı. Beləliklə, hər iki şəxs məlum planı Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə göndərməyə qərar verib, hətta Belçikada keçirilən iclasda general Əsiriyə təqdim ediblər.
Donald Trampın seçilməsindən sonra Nadir və Zamel Trampın keçid rəsmilərinə təqdim etmək, həm də Səudiyyə generallarına satmaq üçün Nyu-Yorka yollanıblar. Nader və cənab Zamel “İran planı”nı “Blackwater”-in keçmiş rəhbəri və Trampın keçid komandasının məsləhətçisi Erik Prinsə göndəriblər. Onlar Prinslə planın elementlərini müzakirə ediblər, lakin o, görüşdə Səudiyyəyə satmağı planlaşdırdığı öz planının olduğunu açıqlayıb. Nyu-Yorkda “Mandarin Oriental” otelində Zamel və Nadir general Əsiri və köməkçiləri ilə “İran planı” barədə danışıblar. Səudiyyə Ərəbistanı bu fikirlə maraqlanıb, ancaq bu, Səudiyyə Ərəbistanı rəsmiləri əvvəlcə Tramp administrasiyasının razılığını almaq istədiklərini söyləyiblər.
Tramp 2017-ci ilin yanvarında vəzifəsinin icrasına başladıqdan sonra, Nadir iqtisadi təxribat planını müzakirə etmək üçün Ağ Ev rəsmiləri ilə tez-tez görüşüb. Qaşıqçının öldürülməsinə dair araşdırma ilə tanış olan bir şəxs general Əsirinin sui-qəsdlərə olan marağını qəribə hesab edir. Tədqiqat göstərib ki, qara əməliyyatlar üçün icazəsiz sxemlər düşünən Əsiri şahzadənin etibarını qazanmaq istəyib. Lakin general Əsirinin tacdar şahzadəyə yaxınlığı indi, Qaşıqçının qətlindən sonra şahzadə Məhəmmədin xeyrinə deyil.
Üstəlik, general Əsiri və köməkçiləri Nadirlə görüşdükləri vaxt Nadirin özü şahzadə Məhəmmədlə görüşüb. Nadir bəzən MBS-lə aparılan danışıqlara istinad edib. “MBS-lə həqiqətən möhtərəm bir görüş keçirdik”, – deyə cənab Nadir 2017-ci ilin əvvəlində mümkün Səudiyyə müqavilələrini müzakirəsi ilə bağlı qeydlər yazıb. Onun sözlərinə görə, tacdar təklifi “general Əhmədlə (Əsiri – tərc.) nəzərdən keçirməyi və müzakirə aparmağı” məsləhət görüb.

Bu xəbər oxundu
- - -