Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İnformatika fənninin tədrisinin təkmilləşdirilməsini dəstəkləyən layihə

12.11.18, 12:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Noyabrın 12-də “Azərbaycanda orta məktəblərin yuxarı sinif şagirdləri üçün informatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək” layihəsinin təqdimatı olub. Layihə BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, PETRONAS, Chevron, LUKOIL, NICO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL şirkətləri tərəfindən təqdim edilib.
Layihə BP və tərəfdaşlarının təhsilin inkişafına və ümumiyyətlə bütün səviyyələrdə yerli potensialın və bacarıqların gücləndirilməsinə dəstək vermək səylərinin bir hissəsidir. Layihənin məqsədi orta məktəblərin yuxarı sinif şagirdlərinə müasir və rəqabətədavamlı informatika bilikləri və bacarıqları aşılamaq və beləliklə onların yeni qlobal informasiya iqtisadiyyatına inteqrasiyasına kömək etməkdir.
Tədbirdə “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək layihə ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini vurğulayıblar. Üçillik layihə çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda informatika təmayüllü orta məktəblər üçün yeni kurikulum, bu sahədə əlavə dərs və tədris vəsaitlərinin hazırlanması nəzərdə tutulur. Bundan əlavə, Bakıdan seçilmiş 25 orta məktəbin 50 müəlliminə ingilis dili, müasir dünyada informatika və onun prinsipləri, informatika mövzuları üzrə təlimlər də təşkil ediləcək. Həmin müəllimlər yeni hazırlanmış kurikulumun, yeni dərs və tədris vəsaitlərinin ilk tətbiqini öz məktəblərində həyata keçirəcəklər. Təhsil Nazirliyi ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən icra edilən layihənin ümumi dəyəri təxminən 800 min AZN təşkil edir.

Bu xəbər oxundu
- - -