Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tələbələr BP-ni “kəşf ediblər”

14.11.18, 12:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“BP Azerbaijan” şirkəti noyabrın 14-də Bakının dörd universitetindən - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetindən seçilmiş 30 nəfərdən ibarət tələbə qrupu üçün “BP-ni kəşf et” adlı “Açıq qapı” günü keçirib. Şirkətdən bildirilib ki, onlar mexanika mühəndisliyi, inşaat mühəndisliyi, elektrik mühəndisliyi, neft mühəndisliyi və geoloji kəşfiyyat üzrə təhsil alan ikinci kurs tələbələri olub.
Tədbir BP-nin təcrübə və səriştələrini bölüşmək, eləcə də gənc mühəndislərin təhsilinə və inkişafına dəstək göstərilməsi üçün şirkətin fəaliyyətləri, texnologiyaları, əməliyyatları, prosesləri və mexanizmləri haqqında məlumat vermək məqsədi daşıyan “BP-nin universitetlərlə əməkdaşlıq proqramı” çərçivəsində təşkil edilib.
BP-nin insan resursları üzrə vitse-prezidenti Nərminə Nəbiyeva deyib: “Biz inanırıq ki, bu tədbir tələbələr üçün Azərbaycanda neft və qaz sənayesindəki perspektivlər və təcrübələr haqqında daha yaxından məlumat almağa gözəl imkan yaratdı. Biz bu tədbiri tələbələrin neft-qaz sənayesində və xüsusən də BP-də mühəndis yaxud mütəxəssis kimi öz gələcək karyeralarını necə qura biləcəklərini başa düşmələrinə yardım etmək üçün nəzərdə tutmuşuq.”
Tədbirin proqramı təqdimatlardan və BP-nin obyektlərinə səfərlərdən ibarət olub. Tədbir tələbələrə BP-nin təcrübə və məzun proqramı üzrə imkanlar haqqında ətraflı məlumat almağa, BP-nin yüksəkvəzifəli əməkdaşlarından onların rolları barədə öyrənməyə və eləcə də şirkətə yeni işə götürülmüş məzunlarla ünsiyyət qurmağa şərait yaradıb. “Açıq qapı” günü çərçivəsində tələbələr, həmçinin BP-nin əməliyyatçısı olduğu Səngəçal terminalına səfər edib və öz nəzəri biliklərinin praktikada necə tətbiq olunacağını görmək üçün iş sahələri ilə yaxından tanış olublar.

Bu xəbər oxundu
- - -