Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Türkiyədə qanunsuz yaşayan azərbaycanlılara dəstək göstərəcəyik”

15.11.18, 11:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“1990-cı illərdə Türkiyəyə köçmüş və hazırda orada qeyri-qanuni məskunlaşmış azərbaycanlıların yaşamaq və işləmək icazəsinin verilməsi məsələsində Türkiyə hökuməti öz dəstəyini göstərəcək”.
Bunu Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) rəhbəri Abdullah Eren Diasporla İş üzrə Dövlət Komitəsində keçirilən görüş zamanı bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində bildirilir ki, A.Erenlə görüşdə hazırda Türkiyədə qanunsuz yaşayan azərbaycanlıların problemi diqqət mərkəzində olub.
A.Eren bildirib ki, Azərbaycan tərəfi həmin şəxslərin Azərbaycan Respublikasına mənsubluğunu təsdiq edən sənədlərlə təmin etməsi və yaxud mövcud şəxsiyyətlərini təsdiq edən sənədlərinin yenilənməsi prosesini başa çatdırdıqdan sonra Türkiyə ərazisində daimi və müvəqqəti yaşamaq, işləmək və digər əsaslarla icazələrin verilməsində Türkiyə tərəfi öz dəstəyini göstərəcək.
Görüşdə Azərbaycan və türk diasporunun birgə fəailiyyəti istiqamətində konkret addımlar, yaxın günlərdə hər iki qurum arasında əməkdaşlığa dair imzalanmış sənəddə nəzərdə tutulan işlər, təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi ölkənin digər müvafiq dövlət qurumları ilə birgə Türkiyədə qeyri-qanuni yaşayan azərbaycanlı miqrantların probleminin araşdırılmasına və onların müvafiq sənədlərlə təmin edilməsi istiqamətində işlərə başlayıb.

Bu xəbər oxundu
- - -