Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənilərin Qazaxıstanla da sövdələşmə yaxın vaxtlarda daha böyük iflasa uğrayacaq”

16.11.18, 10:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ermənistanın baş nazirinin birinci müavini Ararat Mirzoyan noyabrın əvvəllərində MDB hökumət başçılarının görüşündə iştirak məqsədilə Qazaxıstanda olarkən Baş nazir Baxıtjan Saqintayevlə də görüşdü.
Görüş zamanı Ararat Mirzoyan Qazaxıstandan Dağlıq Qarabağ problemini Qazaxıstanın üzv olduğu İslam Əməkdaşlığı Təşkilatında və Türkdilli Dövlətlərin Şurasında müzakirəsinə imkan verməməkdə yardım xahiş etdi. Dağlıq Qarabağ tənzimlənməsində Qazaxıstanın mövqeyi aydındır. Bunun müzakirəyə ehtiyacı yoxdur”. Bunu politoloq Mübariz Əhmədoğlu deyib. Politoloqun fikrincə, amma Ermənistanın Qazaxıstan qarşısında belə cəsarəti diqqət çəkir: “Ararat Mirzoyan Yerevana qayıtdıqdan sonra maraqlı tədbir baş tutdu; Qədim Əlyazmalar İnstitutu Matenadaranda “Erməni-qıpçaq yazılı abidələrin tədqiqində qazax və erməni alimlərinin işləri” mövzusunda elmi konfrans keçirildi. Tədbirin təşkilatçısı Qazaxıstanın Ermənistandakı səfirliyi idi. Qazaxıstanı L. Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru Yerpan Sıtıkovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edirdi. Matenadaranda qıpçaq dilində 10 əlyazması saxlanılır. Yerevanın ətrafı da daxil olmaqla vaxtilə bu ərazilərdə qıpçaqlar yaşayıblar. Yerevana bitişik Ariç kəndinin SSRİ dövründəki adı Qıpçaq idi. Ariç kəndinin əsas küçəsi Nazarbayevin adını daşıyırdı. AİB də Nazarbayev Dağlıq Qarabağı tərkib hissəsi hesab etməyəcəyinə Yerevandan rəsmi təminat aldıqdan sonra ermənilər bu küçənin adını dəyişdilər. Qıpçaqların türkdilli olmasından da danışmağa ehtiyac yoxdur”.
M. Əhmədoğlu deyib ki, Paşinyan hakimiyyətinin sxeminə görə Yerevan Qazaxıstanın qarşısında Ermənistanın ərazisinin türklərə məxsusluğunu etiraf edir və əvəzində Qazaxıstanın Dağlıq Qarabağ məsələsində əngəlləyici rolunu almaq istəyir: “Çox maraqlı paralel yada düşür: Ermənilər Yerevan ətrafındakı Arqavand kəndində (əsil adı Cəfərabad) azərbaycanlı Qaraqoyunlular əmirinə məxsus mavzoleyin türkmənlərə məxsusluğunu iddia etdi və bunu hətta Türkmənistana təqdim etdi. Türkmənistan prezidenti 2012-ci ildə Ermənistana səfəri zamanı bu mavzoleyə baş çəkdi və bərpasına da pul ayırdı. Eləcə də Ermənistana Rusiyadan gələn qaz kəməri vasitəsilə müəyyən miqdarda güzəştli qaz da nəql etdi. Türkmənistan işi başa düşdükdən sonra demək olar ki, bu variantdan əl çəkdi. Ən azı 2017-ci ildə Türkmənistan prezidenti yenidən Ermənistanda oldu, o mavzoleyə baş çəkməsi ilə bağlı və yaxud mavzoleyə xüsusi qayğısı ilə bağlı hər hansı məlumat yayılmadı. Türkmənlər də türk kökənlidir. Qaraqoyunlu və Ağqoyunlu hökmdarlıqlarının və həmin ərazilərin azərbaycanlılara məxsusluğu bütün dünya tarixçilərinə bəllidir”.
Ekspert şərhinin sonunda bildirib: “Ermənilər türkmən mavzoleyini sövdələşmə predmetinə çevirdilər. Bir müddət sövdə baş tutsa da uduzdular. Qazaxıstanla da sövdələşmə yaxın vaxtlarda daha böyük iflasa uğrayacaq”.

Bu xəbər oxundu
- - -