Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Fransanın davranışları BMT Nizamnaməsinə ziddir

16.11.18, 13:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın Azərbaycanın işğal altında olan ərazilərində formalaşdırılmış qanunsuz rejimlə və onun təmsilçiləri ilə bağlı sərgilədiyi davranışlar BMT Nizamnaməsinin VI və VII fəsillərində yer alan prinsiplərlə ziddiyyət təşkil edir.
Bunu BAXCP sədrinin müavini, siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Ekspert qeyd edib ki, Fransanın qondarma rejimin təmsilçisinin ölkə ərazisinə səfər etməsinə imkan yaratması bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi mandatına ziddir. Minsk qrupunun həmsədr ölkələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirirlər və onların beynəlxalq hüququn prinsiplərindən çıxış etmələri, tərəfsizliklərini qoruyub saxlamaları əsas şərt hesab olunur. Fransa öz vətəndaşlarının işğal altında olan Azərbaycan ərazilərinə səfər etmələrinə göz yummaqla və bəlkə də dolayısı ilə buna şərait yaratmaqla Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış ərazilərində formalaşdırılmış qanunsuz, cinayətkar rejimin təmsilçilərinin öz ərazisinə səfər etməsinə şərait yaratmaqla tərəf olduğunu sübuta yetirir. Bu da adıçəkilən dövlətin ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətini şübhə altına alır. Bu səbəbdən Fransanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi fəaliyyətini bundan sonra da davam etdirməyə hüquqi və mənəvi haqqı yoxdur.
Ekspert əlavə edib ki, Fransa Xarici İşlər Nazirliyinin və bu ölkənin Azərbaycandakı səfirinin sadəcə olaraq “Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır deməklə kifayətlənməsi tamamilə qəbuledilməzdir və məsuliyyətdən qaçmaqdan başqa bir şey deyil. Fransa açıq və birmənalı şəkildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü, suverenliyini və münaqişənin də bu prinsiplər əsasında həllini dəstəkləməlidir.

Bu xəbər oxundu
- - -