Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Paşinyanın dediyi fikir Minskin vecinə olmayacaq”

20.11.18, 8:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Belarus-Azərbaycan münasibətlərinin inkişafı avtomatik olaraq Ermənistan-Belarus münasibətlərinin zəifləməsinə gətirib çıxaran əsas məsələlərdən biridir”.
Bu fikri açıqlamasında politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, Paşinyan bir siyasətçi kimi populist pafoslu çıxışları ilə hər zaman diqqəti özünə cəlb edib: “Ümumi götürdükdə Paşinyan əslində erməni cəmiyyətinin fikirlərini təcəssüm etdirir. Erməni cəmiyyətinin Belarusiya, Qazaxıstana olan kinini Paşinyan dildə deyir. Görünür, Paşinyanın yanında olan siyasi texnoloqlar da bu çıxışları etməyi məsləhət görürlər”.
Politoloq qeyd edib ki, Paşinyanın dediyi “Ermənistana Belarusiya lazım deyil və heç lazım olmayacaq da” fikri birmənalı olaraq Minskin vecinə olmayacaq: “Minsk ilk növbədə həmişə obyektivliyin tərəfdarıdır. Lukaşenko bir dövlət başçısı kimi hər zaman istər Rusiya, istərsə də digər dövlətlərlə olan münasibətlərdə obyektivlik və düzgünlük tələb edir. Ermənistandan da tələb edilən düzgünlük və obyektivlikdir. Bütün bu xassələr isə KTMT-da Ermənistana bir zərbədir və bu onu göstərir ki, Ermənistan artıq bu təşkilatın hərbi gücündən istifadə edə bilməyəcək”.
Qeyd edək ki, Nikol Paşinyan Belarusla münasibətlərdən danışarkən onların Ermənistana adət etdikləri münasibət bir daha olmayacaq deyib: “Belə təəssürat var ki, həddən artıq çox inersiyalar istəyirlər, çalışırlar və ya çalışacaqlar ki, bizə kiçik ölkə, kiçik xalq kimi yanaşsınlar. Mən açıq deyirəm ki, belə olmayacaq. Bəlkə biz azsaylıyıq, amma biz böyük xalqıq. Ona görə ki, biz minillik xalqıq, mədəniyyət və generallar xalqıyıq”.

Bu xəbər oxundu
- - -