Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Onun ən böyük düşməni elə Sərkisyandır“

20.11.18, 9:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Hakimiyyətdən rüsvayçı şəkildə uzaqlaşmağa məcbur edilən Ermənistanın qısa müddətliyinə olsa da keçmiş baş naziri Serj Sərkisyan hələ də siyasi gündəmdə müxtəlif üsullarla aktiv olduğunu göstərməyə çalışır. Belə ki, Respublikaçılar Partiyasının iclaslarını təşkil edərək hələ də siyasi fəaliyyətinə son vermədiyini və partiyasının bu seçkilərdə də yer alacağını bildirir”.
Bunu qəzetimizə açıqlamasında politoloq Ehtiram Aşırlı bildirib.
Onun sözlərinə görə, hakimiyyətə gəldiyi və digər vaxtlardakı kimi bu məsələdə də olduğu kimi, “Qarabağ kartı”ndan sui-istifadə etməyə cəhd edir. Artıq bütün siyasi rıçaqlarını itirən sabiq baş nazir əvvəlki illərdə olduğu kimi, yenidən Dağlıq Qarabağ mövzusundan istifadə edərək rəqibinin mövqeyini zəiflətməyə çalışır. Bu günlərdə Dağlıq Qarabağla bağlı guya radikallıq nümayiş etdirərək müxtəlif bəyanatlar səsləndirən “vurulmuş naş nazir” bildirib ki, Dağlıq Qarabağ məsələsinin həllində Ermənistanın bir addım da geri çəkilməsinə imkan verməyəcək. Sərkisyan bildirib ki, bunun üçün lazım gələrsə, silaha da əl atılacaq: "Bu, göstərir ki, Sərkisyan hərbi xunta rejiminin rəhbəri olaraq səhra komandiri təfəkküründən kənara çıxa, müharibə xofu ilə erməni ictimaiyyətini manipulyasiya etmək xəstəliyindən xilas ola bilməmişdir. Nəhayət gec də olsa, erməni xalqı özü başa düşdü ki, onun ən böyük düşməni elə Sərkisyandır".
Sərkisyanın bu tipli sözləri onun şəxsinə yad deyil. O, məhz Dağlıq Qarabağda başlayan separatçılığın üzərindən siyasi pillənin ən yüksək nöqtəsinə gəlib çatmış şəxsdir. İndi də “bəlkə bu dəfə də alındı” düşüncəsi ilə belə həssas mövzu ilə cəmiyyətdə özünə qarşı etimadı bərpa etməyə uğursuz cəhdlər edir. Ona görə ki, onun bu fikirləri ilk növbədə elə Ermənistan cəmiyyətində həm kəskin tənqidlə, həm də iztehza və ironiya ilə qarşılanıb. Ermənistan kütləvi informasiya vasitələrində və ictimai-siyasi dairələrində onun bu yalanları rişxənd doğurub. Ermənistanda fəaliyyət göstərən ekspertlərinin qənaətinə görə, Sərkisyan hakimiyyəti Ermənistan tarixində talançılığı ilə qalıb. Ermənistanın yerli media vasitələrində bu barədə dərc edilən materailların birində deyilir: "Sərkisyan Ermənistanda yeganə liderdir ki, onun prezidentliyi dövründə Ermənistan tərəfi ərazi itirilməsinə getmiş və dördgünlük aprel döyüşləri etibarlı döyüş hazırlığının olmaması baxımdan Ermənistan ordusunun biabırçı vəziyyətini nümayiş etdirmişdir”.
Sərkisyanın hakimiyyəti illəri həm də Ermənistanda sosial-iqtisadi böhranla xarakterizə olunur. Onun hakimiyyəti illərində Ermənistanın xarici borcu 10 dəfədən çox artmış, əhalinin həyat səviyyəsi xeyli pisləşmişdi. Sərkisyan hakimiyyəti dövrü 2016-cı ildə artıq o, xarici borcu 4.5 milyar dollara çatmışdı. Onun dövründə Ermənistan sürətlə boşalırdı və həmin ilin statistikasına görə, əhalinin rəyi soruşulanlarının 42 faizi ölkəni tərk etmək niyyətindədir. Ermənistanın Milli Statistika Xidmətinin açıqladığı rəsmi hesabata görə, ölkə əhalisinin az qala yarısı kasıblıq həddində yaşayır. Əgər Ermənistanda 2008-ci ildə kasıblıq 27,6 faiz olubsa, 2014-cü ildə 37 faizə qədər yüksəlib. 2015-ci ildə isə bu rəqəm 42 faizi keçib.
Nəticə etibarı ilə Sərkisyanın on illik iqtidarı dövründə Ermənistan siyas, iqtisadi, diplomatik və hərbi cəhətdən böhranı daha da dərinləşib. Lakin onun bu dəfə ki, Dağlıq Qarabağ məsələsi yolu hakimiyyətə gəlmə cəhdləri boşa çıxacaq.

Bu xəbər oxundu
- - -