Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Belarusla əməkdaşlıq kooperasiya xarakteri daşıyır”

20.11.18, 13:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın Belarusla strateji əməkdaşlığı sözdə yox, əməldə və konkret genişlənən həm iqtisadi, həm siyasi, həm hərbi təhlükəsizlik məsələlərində özünü büruzə verir.
Millət vəkili, politoloq Rasim Musabəyov belə deyib. Onun qənaətinə görə, səfər zamanı dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı”nda rəsmi Minskin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi bir daha açıqlanması mühüm əhəmiyyət kəsb edir: “Belarusun bu münaqişə ilə bağlı mövqeyi hər zaman birmənalı olub. Belarus Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin beynəlxalq hüquq, Azərbaycan sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyib. Miniskin bu mövqeyi prinsipialdır və prezidentlərin görüşündə bu mövqe bir daha təkrarlandı”.
Rasim Musabəyov iki ölkənin əməkdaşlıq sahələrinə də toxunub, bildirb ki, Belarusla əməkdaşlıq kooperasiya xarakteri daşıyır: “Yəni, sadəcə olaraq qarşılıqlı şəkildə bir-birimizdən nələrsə almırıq. Belarus Azərbaycana yalnız traktor, avtomobil, kombayn satmır, onların Azərbaycanda yığılmasını təmin edir, həmin hissələrin böyük bir qismi ölkəmizdə istehsal olunur. Gələcəkdə bu məhsulların üçüncü dövlətlərin də ərazisinə çıxarılması nəzərdə tutuur. Və bu kooperasiya tərəflər üçün olduqca vacidbdir. Nəzərə alsaq ki, indi biz Şimal- Cənub dəhlizini də tamamlayandan sonra, Belrus həm bilavasitə, həm Azrbaycanda yığdığı hazır məhsulları digər bazarlara çıxaracaq, eyni zamanda Azərbaycanla birgə Türkiyə və Pakistan bazarında işləmək imkanları əldə edir. Bundan həm Azərbaycan, həm Belarus fayda götürür.
İndi təkcə söhbət traktordan, avtomobildən getmir, eyni zamanda hərbi sənaye kompleksində də belə bir kooperasiya mümkündür. Belarusda sovetlər dövründən hərbi sənaye kompleksinə aid olan çox yaxşı mütəxəssislər və müəssisələr qalıb. Nəzərə alsaq ki, Azərbaycanın maliyyə imkanları var, Belarusun isə mütəxəssisləri və müəssisələri var, bu sahədə birgə əməkdaşlıq nəticəsində kifayət qədər yeni silahların həm istehsalı, həm də onlardan istifadə olunması nəzərdə tutulub.
Ermənilərin “İskəndər”inə cavab olan “Polonez” raket sistemləri belə yarandı. Bu, Çinin müəyyən raketlərini Belarusda avtomobilləri və idarəetmə komplekslərini birləşdirərək əmələ gəldi və Azərbaycanın maliyyəsi olmasaydı, o layihə heç gerçəkləşə bilməzdi. İndi isə təkcə Azərbaycana deyil, üçüncü bazarlara da çıxrıla bilər. Bundan həm Belarus, həm Azərbaycan fayda götürəcək. Yəni demək istəyirəm ki, bizim əməkdaşlığımız sadəcə ticarət dövriyyəsi ilə kifayətlənmir, koorpersiya formasını alıb. Bu isə əməkdaşlığın ən yüksək zirvəsidir”.
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Belarusa yönəlik son açıqlamalarına da toxunan R.Musabəyov bildirib:
“Paşinyan çox şey deyə bilər, formal olaraq Belarus Ermənistanla müttəfiqdir, biz isə strateji partnyoruq. Amma hər zaman Belarusun, o cümlədən Qazaxıstanın Azərbaycanla münasibətləri Ermənistanla münasibətlərdən qat-qat yüksəkdə olub. İndi Belarusla Ermənistanın ticarət dövriyyəsi 10 milyon dollardırsa, Azərbaycanla dövriyyə bundan 20 dəfə çoxdur. Qazaxıstanla da həmçinin. Yəni Ermənistanın bu ölkələr üçün heç bir əhəmiyyəti yoxdur. Amma Paşinyan iddilarla çıxış edir, hesab edirəm ki, o iddialarla çıxış edəndə, başına qapazı vurub deyəcəklər ki, sən nəyə görə dəstək istəyirsən, qonşu dövlətin ərazisini işğal etmisən, bu dövlət bizim üçün strateji tərəfdaşdır, işğalçı ola-ola gəlib bizdən dəstk istəyirsən. Zəhmət çək, rədd ol Azərbaycanın işğal olunmuş ərazilərindən, sonra dilin olsun nəsə danışmağa. Paşinyana cavab heç də onun xoşuna gəlməyən formada elə veriləcək ki, məcbur olacaq yerində otursun”.
Millət vəkili Azərbaycan və Belarusun beynəlxalq və regionla platformalarda da bir-birlərinə dəstək verdiklərini əlavə edub. Bildirib ki, Belarus Azərbaycan olmadığı KTMT, Avropa İqtisadi İttifaqı və s. qurumlarda Azərbaycana dəstək verdiyi kimi, Bakı da Belarusun olmadığı Avropa Şurasında, AVRONEST-də öz dəstəyini göstərir: “Biz onlara qarşı tənqidlər olanda, hansısa bir xoşagəlməyən çıxışlar ediləndə cavablarını veririk. Bu, qarşılıqlıdır”.

Bu xəbər oxundu
- - -