Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistanda seçki saxtakarlığı

10.12.18, 9:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Paşinyanı 3 çətin vəzifə gözləyir

Ermənistan Mərkəzi Seçki Komissiyası dünən səhər saat 07.30-dək ölkəboyu 2010 seçki məntəqəsindən daxil olmuş səsvermə bülletenlərinin 100%-ni hesabalyaıb.
“News.am” xəbər verir ki, 9 dekabr tarixində keçirilmiş erkən parlament seçkilərinin nəticələrinə görə, hazırkı baş nazir səlahiyyətlərinin icra edən Nikol Paşinyanın “Mənim addımım” bloku 70.43 faizlə (884456 səs) qalib gəlib.
Seçkilərdə ikinci yeri 8.27 faizlə (103824 səs) "Çiçəklənən Ermənistan" partiyasının lideri (Qaqik Ttsarukyan) tutub.
Edmon Marukyanın lideri olduğu "İşıqlı Ermənistan" partiyası isə səslərin 6.37 faizini (80024 səs) toplamaqla üçüncü olub. Qeyd edək ki, hər iki partiya Nikol Paşinyanın müttəfiqidir.
Siyasi qüvvələrin qalan hissəsi parlamentin 7-ci çağırışına tələb olunan baryeri aşa bilməyib.
Beləliklə, qarşıdakı 5 illiyə seçilən yeni parlamentdə yalnız Nikol Paşinyanın seçki bloku və onun “məxməri inqilab”dakı müttəfiqləri yer alacaqlar.
Ancaq Konstitusiyaya görə, parlament yerlərinin 1/3-i müxalifət deputatlarının olmalıdır. Bu səbəbdən də "Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan" partiyalarının parlamentdə özlərini konstruktiv müxalifət elan edəcəklərini gözləmək lazımdır.
Respublikaçılar Partiyası son 20 ildə Ermənistanı idarə etsə və kifayət qədər maliyyə imkanlarına sahib olsa da, son seçki kampaniyası üçün cüzi pul xərcləyib.
Seçki kampaniyası zamanı ən çox pul xərcləyən “Mənim Addımım” İttifaqı olub. Məlumata görə, “Mənim Addımım” seçki kampaniyasında təbliğat məqsədilə 560 min ABŞ dolları xərcləyib.
Bu, Ermənistan tarixində ən bahalı seçki kampaniyası hesab olunur.
Son 20 ildə Ermənistanı idarə edən və kifayət qədər maliyyə imkanları olan Respublika Partiyası isə kampaniyaya cəmi 264 min ABŞ dolları pul xərcləyib.
O da qeyd olunub ki, Ermənistanda baş tutan növbədənkənar parlament seçkilərində kütləvi qanun pozuntuları qeydə alınıb.
Bu barədə Ermənistanın İstintaq Komitəsi İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Naira Harutyunyan məlumat yayıb.
Xəbərə görə, seçkilərdə 50-dən artıq qanun pozuntusu barədə şikayət daxil olub. Şikayətlərin əksəriyyəti yenidən səs vermə, səslərin seçkinin qaydalarına uyğun şəkildə verilməməsi, seçicilərin azad iradə ilə səs verməməsi və s. haqda olub.
Ermənistan polisi isə daha əvvəl verdiyi açıqlamada bildirmişdi ki, seçki günü pozuntuların ümumi sayı 144 olub.
“Ermənistanda aylardır gözlənilən parlament seçkisi arxada qaldı. Bu, Ermənistanın müstəqillik tarixində seçicilərin ən az iştirak etdiyi seçki kimi tarixə düşdü. Belə ki, 2 ermənidən biri seçkiyə getməyib. Bəs niyə belə aşağı fəallıq olub? Bu Ermənistandakı keçmiş seçkilərin kütləvi saxtakarlıqla keçdiyinə işarədir”.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistandan keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.
O bildirib ki, keçmiş prezidentlər və hakim partiya administrativ rerursdan gen-bol istifadə edir, seçki günü rəqəmləri şişirdirdi.
İndi isə seçki məntəqəsinə nə qədər seçici gəlib o qədərinin də statistikası aparılıb. Belə çıxır ki, əvvəlki illərdəki seçici passivliyi daha böyük miqyasda olub”-deyə E.Şahinoğlu qeyd edib.
Ekspertin fikrincə, Nikol Paşinyan siyasi həyata canlanma gətirdi, ancaq bu seçici marağını artırmadı.
“Buna baxmayaraq, Paşinyanın lideri olduğu partiyanın qələbə çaldığı aşkardır, o təkbaşına hökuməti formalaşdırmaq imkanı qazanacaq. 20 ildən sonra “Qarabağ klanı” rəsmən hakimiyyətdən uzaqlaşdırıldı. Paşinyan qısa müddət ərzində təkbaşına hökuməti formalaşdıracaq".
Politoloqun sözlərinə görə, qarşıda Paşinyanı 3 çətin vəzifə gözləyir.
"1. Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmasa, cəbhə bölgəsində vəziyyət gərginləşəcək. Üstəgəl, Qarabağdakı girovlarımızın “hamının hamıya” dəyişdirilməsini uzada bilməyəcək;
2. İqtisadi islahatlar aparmaq üçün əlavə vəsaitə ehtiyac var, o biri tərəfdən də Ermənistanın artan xarici borc problemini həll etməlidir;
3. Xarici siyasət kursunu müəyyənləşdirməlidir. Rusiya və Qərb arasında vurnuxması Moskvanın xoşuna gəlmir, ancaq Qərbə yaxınlıq da Paşinyana xüsusi divident vəd etmir”.

Bu xəbər oxundu
- - -