Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan əldə edilənlərlə kifayətlənməyəcək“

03.01.19, 13:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi mütləq, nə zamansa baş verəcək. Lakin bunun nə zaman baş verəcəyini dəqiq olaraq proqnozlaşdırmaq çətindir".
Bu barədə Moskvadakı Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin bildirib.
Onun sözlərinə görə, bu həm xarici, həm daxili olmaqla müxtəlif amillərdən asılıdır. Buna görə vəziyyətin gərginləşməsi çox tez baş verə bilər.
Rusiya və Ermənistandakı bir sıra ekspertlərin bildirdiyi kimi, erməni-rus müasibətlərində böhranın hökm sürdüyü barədə sualı cavablandırarkən Xramçixin deyib ki, bu münasibət ölçülü böhran dönəmini yaşayır.
"Daha pis ola bilər deyə, bu böhranı dəf etməyə bütün imkanlar mövcuddur. Eyni zamanda Yeni il bayramı münasibətilə Kreml tərəfindən Robert Köçəryanın təbrik edilməsi Rusiyanın Ermənistandakı yeni rəhbərliyinə müəyyən bir ölçüdə işarədir.
Bakı üçün Ermənistanda hər şeyin qaydasında olmaması əlverişlidir. Lakin həqiqi müharibənin başlaması üçün bir sıra şeylər nizama salınmalıdır. Belə ki, Azərbaycan ümumiyyətlə məğlubiyyətə yol verə bilməz. Bu səbəbdən Bakıda son qərar qəbul etmək üçün çox ciddi düşünəcəklər", - deyə Xramçixin qeyd edib.
"Ehtimal edilən münaqişəyə tərəflərin güc bərabərliyinin dəyişməsi təsir edə bilərmi?" deyə verilən sualı, ekspert belə cavablandırıb: "Böyük ehtimalla bu, o zaman (aprel döyüşləri-red) təcrübə idi. Ancaq Azərbaycan əldə edilənlərlə kifayətlənməyəcək".
Erməni hərbi ekspert Van Hambartsumyan da hərbi əçəliyyatların bərpa oluna biləcəyi ehtimalından danışıb. Ermənistan mətbuatına verdiyi açqıamada Hambartsumyan deyib ki, hər şey bu ilin yaz və ya yay aylarında hava şəraitinin imkan verdiyi məqamda Bakının Dağlıq Qarabağda geniş miqyaslı müharibəyə başlayacağına aparır.
Onun sözlərinə görə, Azərbaycan ötən ilin aprel ayından etibarən Quru Qoşunlarını Qarabağ cəbhəsində cəmləşdirir: "Hər zaman, Azərbaycan Silahlı Qüvvələrinin özüyeriyən və qoşqulu artilleriyasını, yaylım atəşli reaktiv sistemlərini, piyada döyüş maşınlarını, zirehli texnikalardan başlamış tanklaradək cəbhə boyunca cəmlənməsi barədə məlumatlar daxil olurdu. Bu qoşunlar indiyədək mövqelərdən geri çəkilməyib. Yəni bu texnika hələ də cəbhədən daimi yerləşmə məntəqələrinə geri qaytarılmayıb".
O qeyd edib ki, son zamanlar yayılan məlumatlara görə Ermənistanın Tavuş vilayəti ilə sərhəd bölgəsindən Azərbaycan Silahlı Qüvvvələri briqadanı döyüş növbətçiliyindən çıxarıb və onun əvəzinə Sərhəd Qoşunlarını yerləşdirib. Ekspertin fikrincə, Azərbaycan briqadanı hücum qüvvələrini möhkəmlətmək üçün Qarabağ istiqamətinə yerləşdirib.
"Sərhəd Qoşunları öz silahlanması və gücü ilə ordu içində ordunu xatırladır", - deyə o bildirib.

Ekspert, Azərbaycan prezidentinin 2019-cu ilin Qarabağ münaqişəsinin nizamlanmasında dönüş ili olacağına dair bəyanatını xatırladaraq, eyni bəyanatla Xarici İşlər nazirinin də çıxış etdiyini vurğulayıb. Onun fikrincə, bütün bu açıqlamalardan 2019-cu ildə Qarabağ məsələsində kifayət qədər ciddi gərginliyin olacağını gözləmək olar.
Hambartsumyan əlavə edib ki, hücum edən tərəf üçün hətta yazda da relyefin müəyyən yerlərinin əlverişsiz olmasına və çətinlik törətməsinə görə qışda müharibənin başlama ehtimalı yoxdur.
O hesab edir ki, vəziyyətin gərginləşməsi yayın son aylarında başlayacaq.
"Qışda döyüşmək rahat deyil. Bütün texnika dizel yanacağı ilə işləyir. Yanacağı qış aylarında ən azı iki dəfə qızdırmaq lazımdır. Qışda kəşfiyyat diversiya yolu ilə kiçik gərginliklər, snayperlərin fəaliyyətinin fəallaşması və s. ola bilər", - deyə erməni hərbi ekspert qeyd edib.

Bu xəbər oxundu
- - -