Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Lavrovun mətbuat katibi Mariya Zaxarova tərsini deyir”

18.01.19, 11:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elxan Şahinoğlu: “Təlimatı isə elə öz şefindən alır”

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 16-da ötən ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Lavrovun suallara verdiyi cavablardan bu qənaətə gəldim ki, Rusiyanın xarici siyasətindəki monotonluq davam edir, yeni baxış və yanaşma yoxdur. “Rusiya Kuril adalarını Yaponiyaya verməyəcək”, “Ukrayna hakimiyyəti pisdir”, “Amerika özünü yaxşı aparmır”, “Avropa ölkələri Amerikanın vassalıdırlar” , “NATO pis qurumdur” və s. Bunları illərdir eşidirik”. Bunu politoloq Elxan Şahinoğlu deyib. “Mətbuat konfransında hansısa jurnalist ona Dağlıq Qarabağ münaqişəsindən də sual verib. Bəziləri hesab edir ki, Lavrovun suala verdiyi cavabda Azərbaycanı Ermənistana misal çəkməsi xeyrimizədir. Belə quru sözləri çox eşitmişik. Unutmayaq ki, Lavrovun mətbuat katibi Mariya Zaxarova tərsini deyir, təlimatı isə elə öz şefindən alır. Dünən Rusiyanın dövlət televiziya kanallarından birində məşhur ermənipərəst jurnalist Solovyovun proqramını izləməyə çalışdım. Solovyov və erməni politoloq Baqdasarov Ukrayna dövlətini açıq-aşkar təhqir edirdilər. Dözmədim, kanalı çevirdim. Lavrovun dediklərini Solovyov və Baqdasarov kimilər daha pis formada efirdən dilə gətirir və qonşularına qarşı nifrəti artırırlar. Bunun üzərində qurulan xarici və təhlükəsizlik siyasəti Rusiyaya dost və tərəfdaş qazandırmır. Keçmişdə ən yaxın dostu olan Belarus prezidenti Aleksand Lukaşenko belə Kremldən qurtulmağın yollarını arayır”-deyə, politoloq fikrini tamamlayıb.

Bu xəbər oxundu
- - -