Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İsrail-İran gərginliyi pik həddə çatıb

23.01.19, 8:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Raket hücumları nəticəsində 12 qvardiyaçı öldürülüb

İsrailin Suriyada bazar ertəsi hava reydləri zamanı 21 nəfər həlak olub. Ölənlərin 12-sinin İranın İnqilabi Qvardiyasının üzvü olduğu bildirilir. “Amerikanın səsi” xəbər verir ki, İsrail və İran arasında hücumlar silsiləsi bazar günü İsrailin İranın Suriyadakı hərbi obyektlərini bazar günü hədəf alması ilə başlayıb. Bu raket hücumları artıq adi qaydada keçirilməyə başlayıb. Lakin bu dəfə hücumlar günorta vaxtı baş verib və İsrail açıq şəkildə bunun məsuliyyətini öz üzərinə götürərək, İranın hərbi obyektlərini hədəf aldığını təsdiq edib. İsrail adətən raket hücumlarını nə təsdiq, nə də təkzib edirdi.
İran bir neçə saatdan sonra buna cavab olaraq Qolan yüksəkliklərinə yer tipli raket atıb. İsrailin yeganə qış xizəksürmə kurortu Qolan yüksəkliklərində yerəlşir. Raket “dəmir qübbə” sistemi tərəfindən ələ keçirilib. Tələfatlar barədə məlumat verilmir, lakin İsrailin ordu rəsmiləri bildirib ki, raket yerə düşsəydi onlarla insan ölə bilərdi. İsrail İranın raket hücumuna Suriya ərazisində 21 nəfərin öldüyü hücumlarla cavab verib.
İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İsrail İranın Suriyada mövqeyini möhkəmlətməsinə imkan verməyəcək: “İsrail İranın Suriya, Livan və Qəzzadan İsrailə qarşı onların açıq şəkildə elan etdiyi məqsəd – İsarilin məhv edilməsi – üçün istifadə etməsi səylərinin qarşısını alacaq”.
Britaniyada qərargahlanan Suriya İnsan Hüquqlarını Müşahidə Qrupunun bildirdiyinə görə, İsrailin cavab hücumunda ölən 12 nəfərin İranın İnqilabi Qvardiyasının üzvü olduğu haqda məlumat verib. Bunun İsrail və İran arasında gərginliyin bundan sonra da artmasına gətirib çıxara biləcəyi bildirilir.

Bu xəbər oxundu
- - -