Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

DGK sədri Şirvanda vətəndaşları qəbul edəcək

23.01.19, 10:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev yanvarın 26-da saat 11:00-da Şirvan şəhərindəki Gənclər evində (Şirvan şəhəri, Naxçıvan küç. 1B) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Komitədən hafta.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Şirvan şəhərinin, Sabirabad, Saatlı, İmişli, Beyləqan rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
.

Bu xəbər oxundu
- - -