Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Gürcüstan və Azərbaycan arasında bütün vacib məsələlər üzrə qarşılıqlı dəstək mövcuddur”

23.01.19, 11:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani ölkənin Baş naziri Mamuka Baxtadze ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında Davosda baş tutmuş görüşü şərh edərkən bildirib.
O deyib ki, Gürcüstan və Azərbaycan arasında bütün vacib məsələlər üzrə qarşılıqlı dəstək, problemli məsələlərə bağlı isə adekvat yanaşmalar mövcuddur: “Görüşdə iki ölkə arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq bir daha vurğulanıb. Tərəflər həyata keçirilən birgə layihələrə xüsusi diqqət ayırıblar. Mərkəzi Asiyadan yüklərin cəlb olunması baxımından Gürcüstan və Azərbaycanın nəqliyyat potensialı barədə də müzakirə aparılıb”.
XİN başçısının sözlərinə görə, görüşdə həmçinin TANAP və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə də toxunulub: “Dünyada böyük rəqabət var. Ona görə də Gürcüstan və Azərbaycan nəqliyyat magistrallarının rəqabətliliyinin saxlanılması üçün birgə çalışmalıdır”.

Bu xəbər oxundu
- - -