Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Güney Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik

11.02.19, 11:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı

Sönməzin Şəhriyarın “Heydərbabaya salam” poemasına nəzirə yazdığı “Ağır illər” poemasının da yer aldığı eyniadlı kitab müqəddiməni əvəzləyən misralarla başlayır və sanki oxucunu sonrakı səhifələrdə tanış edəcəyi “Ağır illər”in müsibətlərinə hazırlayır:

Hər zaman söz açdım "Ağır illərdən ”
Dilim parçalandı, sözüm ağladı.
Dedim dərd əlindən qurtulum, qaçım.
Süründü ardınca tozum ağladı.
Çalışdım özümə təsəlli verim,
Qüdrətim axsadı, dözüm ağladı.
Göz yaşı qalanıb çulğadı məni,
Sel olub apardı müqəddiməni.

Şair “Pul”, “Anam”, “Qış gecələri” və “Bayram xatirələri” bölmələrində özünün uşaqlıq xatirələrinin işığında xalqın gündəlik həyatının, məişətinin təsvirləri fonunda yaşadığı ağrıları, acınacaqlı taleyini, ağır günləri qələmə almışdır. Tarixilik və müasirlik prinsipinin bir qədər başqa planda əks olunduğu “İri həcmli bu əsərdə ürək parçalayan lövhələrlə qarşılaşır, öz ana dilində yazmaq bir yana qalsın, danışmaq hüququndan belə məhrum edilmiş böyük bir xalqın tarixi faciəsi ilə tanış oluruq”.
Əsərlərində insanın ən incə və səmimi hisslərinə toxunan Əhməd Sədi Alovun “Ərk qalası” poemasında da eyni mövzu, Təbrizin qədim tarixi abidələrindən olan Ərk qalasının mahiyyəti, bu adın daşıdığı anlam və Təbrizdə baş verən tarixi inqilablar zamanı əhəmiyyətli rolu sənətkarlıqla işlənib. Tarixiliyə, ənənəviliyə hörmət, ehtiram və bunlara yeni baxış bucağından yanaşma Ə.S.Alov yaradıcılığında özünü ən qabarıq göstərən xüsusiyyətlərdəndir. Şair “Ərk qalası” poemasını ölümün gözünə dik baxan qəhrəmanlara, öz xalqının və vətəninin azadlığı, əmin-amanlığı, aydın sabahı naminə canından keçənlərə həsr edib. Çünki Təbrizdə ucaldılmış Ərk qalası Azərbaycan xalqının böyük tarixinin bu günümüzədək gəlib çatmış nişanəsi, möhtəşəm bir abidədir. Ə.S.Alov poemada Ərk qalasının bədii təsvirini verir, lakin bu təsvirlə iç-içə möhtəşəm tarixi abidənin Güney xalqı üçün hansı anlamı daşıdığını da önə çəkir. Oxucu şairin sanki səsini eşidir:

Zənn etmə, sadəcə kərpicdən, daşdan
Qayırılıb durur bu Ərk qalası.
O, elin vüqarı, elin qüruru.
Kəskin hümməti.
Yadelli düşmənə nifrət tayası.

Poemanın sonunda 21 Azər inqilabının fədailərinə səngər olmuş bu qalanın heç bir zaman düşmənə boyun əyməyəcəyi konkret fikirlərlə ifadə olunur. Əlbəttə, “hər bir müasirlik zaman keçdikcə tarixə çevrilir, müasirlik öz bətnində tarix doğurur. Sivilizasiyanın yolu belədir: tarixdən müasirliyə və əksinə. Bu vəhdətin tilsimindən çıxmaq mümkün deyil”. Yədulla Məftun Əmini “Ərk qalası” şeirində də aydın göstərir ki, bizim əsrdə İranda baş vermiş bütün mütərəqqi hərəkatlar öz başlanğıcını bu qaladan almışdır”. Əsərləri ilə tanışlıq göstərir ki, Haşım Tərlan da 1940-cı illərdə Güneydə dalğalanan xalq hərəkatının, tarixi hadisələrin tilsimindən çıxa bilmir, baş verənlər ilham qaynağına çevrilir. Şair həmin hadisələrin güclü təsiri ilə “21 Azər və Pişəvəri”, “Araz gülür” poemalarını qələmə alır. H.Tərlanın “yaratdığı əsərlər yaşadığı illərdə cəmiyyətin fəal və vətənpərvər qüvvələrinin həyat səlnaməsi” olur. “21 Azər və Pişəvəri” poeması yaradıcılığı üçün xarakterik xüsusiyyətlər aşkarlayır və bu poemada o, yaşadığı illərin ağrı-acılarını, inqilabi mübarizə ruhunu aydın ifadə edir.
H.Tərlan “21 Azər və Pişəvəri” poemasında insan və vətəndaşlıq prinsiplərini də tarixilik və müasirlik müstəvisində təqdim edir. Xalqın azadlığı uğrunda mübarizəni həyatının mənasına çevirmiş S.C.Pişəvərinin fədakarlığı, əməlləri timsalında o, insanın xalqı, el-obası üçün yanmasını, xoş gələcəyi naminə çarpışmasını ən ali cəhət kimi dəyərləndirir. H.Tərlan üçün ən çox arzu olunan tərənnüm obyekti vətən, onun tarixi və keşməkeşli taleyi, müasirlərinin fikir və düşüncələri, əsas motiv isə parçalanmış vətənin yaralarına məlhəm ola bilmək və insanlara qəm-kədər bəxş edən halların aradan qaldırılması üçün çıxış yollarının axtarılıb tapılması
idi. Bu faktor daha qabarıq müşahidə olunan “Araz gülür” poemasında xalqın ağrılarını yana-yana dilə gətirir. Poemada bu hicran və yanğının, qadağanlar buzunun əriməsindən, həsrətlilərin qovuşmasından, vaxtilə həmin misraları yazdırmış mühitin aradan qalxmasından və tarixin dəyişməsindən sevinclə söz açılır. İki gəncin qovuşmasından doğan fərəh duyğusu poemanın misraları arasından munis axın kimi ötüb keçir:
Sevincindən gözlərindən axan yaşı silə-silə,
Nagah oğlan gəldi dilə:
- Ey taleyin xəzan vuran, bu, sənmisən?
Maral kimi boynun buran, bu, sənmisən?
Bu mövzu çağdaş dövrün ünlü şairi Hadi Qaraçayın (1966) “Sonsuzluq” poemasında da ehtiva olunur. Şair poemada Azərbaycan tarixinin şanlı səhifələrini xatırlamaqla yanaşı, qara səhifələrini də əks etdirən bir çox məsələlərlə, əski kültürümüz, hətta Gülüstan “sülh” müqaviləsi ilə bağlı təlmihlər vermiş, həmin məqamlara orijinal poetik münasibət bildirib. Bu barədə H.Qaraçayın açıqlaması isə daha etkiləyicidir: “Sonsuzluq poeması sanki öz-özüylə danışan birisinin ağı söyləməsidir. Əsərdəki qaramsarlıqdan, (yəni, pessimistlikdən - anti optimistlikdən), umudsuzluqdan məmnun deyiləm... Ancaq bu əsər üzərində işimi bitirmişəm. Ona bir daha dönəcəyimi və hansısa bir dəyişiklik edəcəyimi də sanmıram. Poemada tarixə öz baxışımı yazmış, dünənimizi və bu günümüzü göz önünə almış, gələcəyə sorğu-sualla yanaşmışam...” Heç şübhəsiz, H.Qaraçay “Sonsuzluq” poemasında insanı, onun iç dünyasını, düşüncələrini qələmə alır, özgürlüyün, bağımsızlığın - azadlığın xəyalını qurur... Onun qənaətincə, azadlığı, özgürlüyü olmayan insan insan deyil, cəhənnəmə salınmış yazıq, çarəsiz bir varlıqdır. Azadlıq Hadi Qaraçay üçün yozumsuz yuxu, “şeytan dilində söylənmiş nağıl, qan qoxuyan göldü... Özünün və bütövlükdə xalqının bu duruma düşməyinin səbəbini o, I Nikolay ilə Fətəli şah-İran və Rusiya arasında imzalanmış “Gülüstan”1 (12 oktyabr 1813-cü il) və “Türkmənçay” (10 fevral 1828-ci il) “sülh müqavilələri”ndə görür…
***
1812-ci ilin mayında Osmanlı imperatorluğu ilə Buxarest sülh müqaviləsini imzalayan Rusiya hökumətinin Cənubi Qafqazda əl-qolu daha da açıldı. Rusiya əsas diqqəti cənub sərhədinə yönəldərək rana ciddi zərbələr endirdi. Bu zərbələr, o cümlədən Lənkəran mə lubiyyəti ranı sülh danı ıqlarına ba lama a məcbur etdi. Mənbələrdə deyildiyi kimi, “İran dövləti ruslar tərəfindən tutulmu torpaqların geri qaytarlımasına ümidini itirdi”. 1813-cü il yanvarın axırlarında Fətəli şahın nümayəndəsi Mirzə Səfi Qacarların sülh danışığına hazır oldu unu bəyan etdi. Sentyabrın 27-də Qaraba da-Zeyvə çayı sahilindəki Gülüstan kəndində Rusiya ilə İran arasında sülh danışıqları başlandı. Danışıqlarda İranı diplomat Mirzə Əbülhəsən xan Şirazlı, Rusiyanı isə baş komandan Nikolay Rtişev təmsil edirdi. Sülh danışıqlarında bu torpağın əsil sahiblərinin nümayəndələri i tirak etmirdilər. Onun taleyini başqa dövlətlər həll edirdilər. Gülüstan danışıqları sentyabrın 22-də 11 maddəlik müqavilə layihəsinin hazırlanması ilə başa çatdı. 1813-cü il oktyabrın 12-də tərəflər təntənəli surətdə Gülüstan sülh müqaviləsini imzaladılar. Müqavilənin 2-ci maddəsinə görə, “tərəflər hal-hazırda hakimiyyətləri altında olan ərazilərə yiyələndilər”. İran bu müqavilənin 3-cü maddəsinə əsasən “Qaraba , Gəncə, amaxı, Dərbənd, Quba, Bakı və Lənkəran xanlıqlan”nın, həmçinin “bütün Dağıstan, Gürcüstan ( Şuragil əyaləti ilə birlikdə), meretiya, Quriya, Minqreliya və Abxaziyanın artıq Rusiyaya məxsusluğu”nu tanıyırdı. Göründüyü kimi, dünya tarixində özgə torpaqlarının bölü dürülməsində analoquna az-az təsadüf edilən Gülüstan sülh müqaviləsi öz ədalətsizliyi və antihumanistliyi ilə fərqlənirdi. Bu müqavilə dünyanın ən qədim və sivilizasiyalı xalqlarından olan Azərbaycan türklərinin tarixi taleyində çox mənfi rol oynadı, onun xanlıqlar formasında olsa da, qədim dövlətçilik ənənələrinin ləğvinin, ərazilərinin iki hissəyə bölünməsinin başlanğıcını qoydu.
***
1828-ci il fevralın 10-da İngiltərənin səfiri Mark Donaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı. Bununla da Azərbaycanın işğalı başa çatdı. Müqavilənin 15-ci maddəsinə əsasən, erməni əhalisinin trandan Cənubi Qafqaza hərəkətinə icazə verildi. Müqavilənin bağlanması münasibətilə dərhal rus toplarından 101 yaylım atəşi açıldı. Ertəsi gün "xoş xəbər"i Aleksandr Qriboyedov Rusiyaya çatdırdıqdan sonra Petropavlovsk qalasında da top atəşləri açıldı, rus xalqı bu münasibətlə təbrik edildi. Bu, o Qriboyedovdur ki, 1818-ci ildə rus missiyasının katibi kimi İrana göndərilir və burada iki il işləyir. 1821 -ci ildə trana qayıtdıqdan sonra general A.Yermolovun komandanlıq etdiyi ordunun diplomatik katibi vəzifəsinə təyin edilir. 1826-cı ildə çar hakimiyyəti tərəfindən dekabristlərin işi üzrə həbs edilir. O, bütün məxfi sənədləri öncədən məhv etdiyindən günahı sübuta yetirilmir. Bu səbəbdən də azadlığa buraxılır və yenidən Qafqaza qayıdaraq burada diplomatik işdə çalışır. 1827-ci ildə Türkiyə ilə tran arasında danışıqlarda vasitəçi kimi çıxış edir. Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edir. Bundan sonra isə o, Rusiyanın tranda səfiri təyin edilir. Rus-tran müharibəsində həlledici sonluq olan Türkmənçay müqaviləsi Azərbaycanı param-parça etdi. Müqaviləyə əsasən, Araz çayı sərhəd olmaqla Azərbaycanın ərazisi şimal və cənub hissələrinə bölündü. Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlığı, Şərqi Gürcüstan və Dağıstan Rusiyaya təslim edildi. Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay müqaviləsinin ağır şərtləri daha tez reallaşdı. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları "erməni vilayətləri" elan edildi. Halbuki qədim İrəvan torpaqları lap qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Hətta rus-İran müharibəsində burada yaşayan azərbaycanlılar səlahiyyətli şəxslərin - soydaşlarının göstərdiyi qorxaqlıqda, “evlərinin qalın divarları arxasında, qadınlarının çadrası altında gizlənməsində, pul, mal-mülk və sərvət əsiri olmasında, mübarizə meydanlarından çəkilməsində və susmalarında görür...

Esmira Fuad
Filologiya üzrə elmlər doktoru

Bu xəbər oxundu
- - -