Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bir qrup hərbi qulluqçu təltif edilib

11.02.19, 14:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezident İlham ƏliyevAzərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları - Tağıyev Elmar Əli oğlu – polkovnik-leytenant 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Babazadə Əjdər Yəhya oğlu – polkovnik-leytenant, Əhmədov Elşad Təşkilat oğlu – polkovnik-leytenant, Məmmədov Bəxtiyar İbrahim oğlu – polkovnik-leytenant, Nəbiyev Əfran Xanəli oğlu – polkovnik-leytenant, Əliyev Vüsal Akif oğlu – mayor, Həsənov Nicat Zəfər oğlu – mayor, Əsədullayev Vilayət Fətulla oğlu – kapitan və Sadıqova Ülviyyə Məhərrəm qızı – ədliyyə baş leytenantı “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Bu xəbər oxundu
- - -