Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü VII Qlobal Bakı forumunda iştirak edəcək

15.02.19, 10:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Sarayevoda Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Şefik Caferoviçlə görüşüblər.
Mərkəzdən “Xalq Cəbhəsi”nə verilən məlumata görə, görüşdə mərkəzin fəaliyyəti, gələcək planları ilə bağlı müzakirələr aparılıb.
Görüşdə mart ayının 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumu ilə bağlı da fikir mübadiləsi aparılıb. Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Şefik Caferoviç forumda iştirak edəcəyini bildirib.
Xatırladaq ki, VII Qlobal Bakı forumunda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. Forumun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirdə dünyanın tanınmış dövlət adamları, siyasətçiləri, nüfuzlu ictimai xadimlərinin iştirakı gözlənilir. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.

Bu xəbər oxundu
- - -