Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan MDB-də işsizlik səviyyəsinin ən aşağı olduğu ölkələrdən biridir

15.02.19, 13:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ən aşağı işsizlik səviyyəsinin qeydə alındığı MDB ölkələrindən biri də Azərbaycandadır.
Bu barədə MDB Dövlətlərarası Statistika Komitəsinin hesabatında qeyd olunub.
Belə ki, Azərbaycanda qeydə alınan işsizlərin iqtisadi aktiv əhaliyə nisbəti 0,4 faiz təşkil edir. Bu, Belarusdakı göstəricidən (0,3 faiz) bir qədər aşağıdır.
İşsizlərin iqtisadi aktiv əhaliyə nisbəti Rusiyada 0,9 faiz, Qazaxıstan - 1, Moldova - 1,3, Tacikistan - 2,2, Qırğızıstanda isə 2,8 faizdir. Ukrayna və Ermənistanla bağlı məlumatlar yoxdur.
MDB-də işsizlərin ümumi sayı 2018-ci ilin sonuna 1,36 milyon təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 6,6 faiz azdır.
Hesabat dövründə Azərbaycanda 20,1 min, Belarusda 12,5 min, Moldova - 18,7, Qırğızıstan - 70,9, Tacikistan - 51,8, Qazaxıstan - 91,6, Ukrayna - 341,7, Rusiya - 693,2, Ermənistanda isə 64,6 min işsiz qeydə alınıb.

Bu xəbər oxundu
- - -