Ana səhifə
  Layihə
  Siyasət
  Xeber
  Ədəbiyyat
  Sosial
  Güney
  Dünya
  Mədəniyyət
  İdman
  Genocide
   Arxiv


 
Təbriz səmasında Azərbaycan bayrağı
Fars-molla rejimi soydaşlarımızın Bəbək qalasına yürüşünün qarşısını almağa çalışır
Bu günlərdə Azərbaycan türklərinin milli qəhrəmanı Babək Xürrəminin doğum günü qutlanır. Xüsusən, Azərbaycanın cənubunda, Kəleybərdə, Bəzz qalasına yollanan soydaşlarımız bu bayramı şadyanalıqla qeyd edirlər. Düzdür, dünyanı nüvə silahı yaratmaq, uranın zənginləşdirilməsi kimi təhlükələrlə üz-üzə qoyan fars-molla rejimi Azərbaycan türklərinin ən böyük bayramlarından birini könül xoşluğu, ürək genişliyilə qeyd etməyə imkan vermir. Hər il iyul ayı yaxınlaşanda fars-molla rejimi şəhərlərimizi, kəndlərimizi az qala mühasirəyə alır, şəhərlərdən, kəndlərdən çıxanlardan hara getdiklərini soruşur, hərbi vəziyyət elan edir, soydaşlarımızın Kəleybərə getdiyi yollarda hərbi təlimlər keçirir.


Təbriz Quzeyli

Milli fəallarımızı təzyiqlərə məruz qoyur, həbslərə atır, BaBəkin doğum gününü qutlamasına mane olmağa çalışır.
Güneydən yayılan xəbərlərə görə, bir neçə gündür ki, Sulduz şəhərində bayram şadyanalıqları başlayıb, havaya bayram fişəngləri atılıb, bu əhalinin sevincinə səbəb olub. Sulduz gəncləri Milli Qurultaya qatılmaq üçün Bəzz qalasına yola düşüblər. Fars-molla rejimi soydaşlarımızın şadyanalıqlarının qarşısını almaq üçün, Bəzz qalasına hərəkəti dayandırmaq üçün şəhərdəki "Ettelaat" idarəsinin rəhbəri, antitürk mövqeyi və satqınlığıyla ad çıxarmış Eynulla Horuzpur adlı fars şovinistinin çağırışıyla Sulduza qoşun yeridib. Güney satları xəbər verir ki, bu məxluqat Sulduz bölgəsində türk adlarının dəyişdirilməsində mühüm rol oynayıb, fars və kürd terrorçularına xidmət göstərib.
Bu günlərdə Sulduzda milli fəal Əli Hacıməhəmmədi inqilab məhkəməsinin hökmü və "müqəddəs şəxsləri təhqir" ittihamıyla cərimə olunub. Yadigar kəndinin sakini olan Əli Hacıməhəmmədi iki il əvvəl də may hadisələrinin iştirakçısı olduğuna görə dəfələrlə həbs olunaraq ağır işgəncələrə məruz qoyulub, cərimə olunub.
Azərbaycanın tannımış ziyalılarından olan Xoy şəhərində qeyri-hökumət təşkilatının qurucularından olan İbrahim Cəfərzadə yenidən məhkəmə hökmüylə üzləşib. O, 2006-cı il fevral ayının 21-də Beynəlxalq Ana Dili günündə də həbs olunmuşdu.
Güney saytları xəbər verir ki, iyulun 1-də milli fəal, Naxçıvan Dövlət Memarlıq Universitetinin tələbəsi, 26 yaşlı Arif Ulufi həbs olunaraq Urmiyə həbsxanasına göndərilib.
Urmiyə inqilab məhkəməsi soydaşımıza qarşı hakimiyyət əleyhinə mübarizə, İranı parçalama, Güney Azərbaycan dövləti yaratmağa cəhd ittihamı irəli sürüb, 6 ay müddətinə həbs qərarı çıxarıb, sonradan Appelyasiya məhkəməsi cəzanın müddətini iki ay azaldıb. Buna qədər də soydaşımız dəfələrlə həbs edilib, təzyiq və işgəncələrə məruz qalıb. Sonuncu dəfə Beynəlxalq Ana Dili Günündə Urmiyədə həbs edilərək "Ettelaat"da işgəncələrə məruz qalıb, girov qoymaqla müvəqqəti azadlığa buraxılıb.
Güneydən yayılan xəbərlərdə qeyd olunur ki, "Ettelaat" və "Sepahi-Pasdaran" Bəzz qalasının yerləşdiyi Kəleybər şəhərində nəzarəti gücləndirib, giriş-çıxışlara postlar qurulub. Babəkin doğum gününü qutlamaq üçün şəhərə gələn soydaşlarımız geri qaytarılıb. Eyni zamanda Güney Azərbaycanın digər şəhərlərində şənliklərin keçirilməsinin qarşısı alınır. Amma soydaşlamız bütün təzyiqlərə baxmayaraq öz hisslərini açıq-aşkar büruzə verirlər. Məsələn, dünən Təbrizdə Azərbaycan bayrağı hava şarı vasitəsilə səmaya buraxılıb.
... Tarix Volqa boyundan tutmuş indi gah fars, gah da ərəb körfəzi adlanan boğazadək, İstanbul boğazlarından tutmuş Himalay dağlarınadək 8 min il boyu türk dövlətlərinin bir-birini əvəzlədiyini təsdiqləyir. Bu müddət ərzində farslar cəmi 325 il, Əhəmənilərin, Sasanilərin dövründə hakimiyyətdə olublar. Bu dövlətlərdə yenə də aparıcı qüvvə türklər olub. Orta əsrlərdə türk hökmdarının sifarişilə "Şahnamə" yazan Firdovsi isə fars şovinizminin əsasını qoyub. Yuxarıda qeyd etdiyimiz kimi yalnız Hind-Avropa xalqlarına mənsub qohumlarının-ingilis və rusların dəstəyilə XX əsrin 1925-ci ilində çavuş Rza Pəhləvinin simasında hakimiyyətə gələn farslar bütün əsr boyu türklərə qan uddurublar. Elə 1946-cı ildə Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli hökumətinin məğlubiyyəti, 1952-ci ildə baş nazir, doktor Müsəddiqinin devrilməsində fars xəyanəti və rus, amerikan, ingilis qohumbazlığı mühüm rol oynayıb. 1979-cu ildə isə inqilab Təbriz başlasa da ən pis günə qalan Azərbaycan türkləri oldu, hakimiyyəti ələ keçirən mollaların Pəhləvilərdən də pis şovinist olduğu üzə çıxdı. 1946-cı ilə şah qoşunları Təbrizə girdiyinə görə qurban kəsdirən ayəttullah Şəriətmədari 1979-cu il inqilabının liderlərindən olmasına baxmayaraq Xomeyninin göstərişiylə uzun illər Qum şəhərində ev dustaqlığında yaşadı.
Elə indi də fars rejimi Azərbaycan türkünün əmmaməlisinə, başıaçığına baxmır, fərq qoymur. Güney Azərbaycanda sözü keçən, açıqfikirliliyilə xalqın dəstəyini qazanan din adamlarımız da fars şovinizminin hücumlarına məruz qalır. Belə faktları sadalamağımız təsadüfi deyil.
Güneyli milli fəalları həbs edən, qətlə yetirən, girov qoymağa məcbur edərək var-yoxdan çıxaran fars rejimi Azərbaycanın din adamlarını susdurmağa nail olub. Əslinə qalsa, 1979-cı ildən sonra baş verənlər göstərdi ki, Azərbaycanın din adamlarının əməlləri bilərəkdən və ya bilməyərəkdən yalnız və yalnız fars şovinizminin maraqlarına xidmət etdi. Ona görə də indi də Azərbaycanın cənubunda din adamlarımıza kifayət qədər şübhəylə yanaşılır. Onlar əsassız yerə fitvalar verib, insanları qorxuda bilərlər, amma artıq xalq onlara inanmaqda çətinlik çətir.
Nüvə silahına görə beynəlxalq təzyiqlərə məruz qalan fars rejiminin Azərbaycan türkləri arasında hədəfdə olan üçüncü təbəqə iş adamları olacaq. Azərbaycan türklərinin biznesmenləri, iş adamları dünyada gedən prosesləri nə qədər gec dərk etsələr, bir o qədər onların özünə ziyan olacaq. Milli kimliklərini dansalar, milli hərəkat haqqında düşünməyə belə qorxsalar əlacsız şəkildə hörümçəyin toruna düşər kimi fars rejiminin təhdidlərilə, təzyiqlərilə üz-üzə qalacaqlar.
Fars rejiminin dördüncü hədəfi isə türk məmurlardır. İndi İranın bir neçə nazirinin türk olduğu söylənilir. Amma nə xeyri? siyasi, milli haqları deməsək də həmin məmurlar, nazirlər nə Güney Azərbaycanın sosial-iqtisadi inkişafı üçün hansısa addım ata bilirlər, nə də Azərbaycan Respublikasıyla əlaqələrdə müsbət iş görə bilirlər. Bir sözlə, faktiki olaraq manqurtlaşıblar. Bəzən belə təsəvvür yaranır ki, İrandakı türk məmurlar yalnız və yalnız öz xalqına divan tutmaq funksiyasını yerinə yetirirlər, yəni robota çevriliblər.
Hazırda İran adlanan ölkədə Güney Azərbaycan türklərinə qarşı repressiyalar şiddətlənməkdədir. Tehran rejimi türklərin milli haqları uğrunda mübarizəsinin qarşısını sərt şəkildə almağa çalışır. Milli hərəkat fəalları səssiz şəkildə qətlə yetirilir, soydaşlarımızın cəsədləri şəhərin müxtəlif yerlərinə atılır. "Ettelaat", "Sepahi-Pasdaran", "Bəsici" və s. qurumlar sonradan qətlləri öz boyunlarından atmağa çalışrlar. Amma fars-molla rejimi qətllərdən, soydaşlarımıza qarşı törətdiyi qətliamlardan narahatdır. Hazırda İran həbsxanalarında yüzlərlə soydaşımız zülm çəkir, işgəncələrə məruz qalır. Soydaşlarımıza qarşı bu qədər qəddarlıq, fars-molla rejiminin milli dünyagörüş baxımdan güneyliləri fiziki cəhətdən məhv etmək planları təsadüfi deyil. Şovinist fars və manqurt molla rejimi yaxşı başa düşür ki, Güney Azərbaycan Milli Azadlıq hərəkatı ən müqəddəs bəşəri ideyalar, millətimizin hüquqları, milli dövlətçiliyimiz, demokratiya uğrunda mübarizə aparır. Hansı ölkədə olursa, olsun, təzyiqlərə, qətllərə baxmayaraq, böyük xalq kütlələri və cəmiyyətin aparıcı insanları milli haqlar uğrunda daha çox inanırlar, bu ideyalar uğrunda mübarizəyə qoşulurlar. Bu müqəddəs hərəkat müstəqil və sivil, dinc qaydada öz mübarizəsini davam etdirir, sıraları günü-gündən genişlənir, gəncləşir.
  Sumqayıt hadisələrinin istintaqı yenilədi
Baş Prokurorluq bununla bağlı ölkə vətəndaşlarına müraciət edib
Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 1918-1920-ci illlərdə Azərbaycanın Bakı quberniyası, Quba, Şamaxı qəzaları və digər bölgələrində erməni-daşnak silahlı dəstələri tərəfindən yerli dinc azərbaycanlıların işgəncələr verilməklə kütləvi surətdə qətlə yetirilməsi, əmlaklarının talan edilməsi, yandırılması, dağıdılması, əhali üzərində zorakılıqların törədilməsi və sair faktlarla əlaqədar cinayət işinin istintaqı davam etdirilir.


  MƏZƏNNƏLƏR
  DOLLAR
 0,8247
  AVRO
 1,292
  RR
 0,0348

  XƏBƏR LENTİ
30/07/2010 Ermənilər Türkiyədən milyardlarla dollar istəyirlər
30/07/2010 Qeydiyyat problemi QHT-ləri birləşdirib
30/07/2010 Sumqayıt hadisələrinin istintaqı yenilədi
30/07/2010 Rusiyadan heç nə ummaq olmaz
30/07/2010 Rusiya yanlış siyasətinin qurbanına çevrilir
30/07/2010 "Millətinin tarixini bilməyənlərə bütöv insan kimi baxmıram"
30/07/2010 İran Mədəniyyət Nazirliyinin qəribə şərti
30/07/2010 İsrail-Fələstin danışıqları başlamamış kəsildi
30/07/2010 Rusiya yanır
30/07/2010 "Çeçenlərin rəftar kodeksinə ehtiyacı yoxdur"
30/07/2010 "Traktor"un azarkeşləri narazıdır
30/07/2010 İran Mədəniyyət Nazirliyinin qəribə şərti
30/07/2010 Mədə-bağırsaq xəstəlikləri artır
30/07/2010 Azərbaycanın milli geyimləri
30/07/2010 Abituriyentlər ixtisas seçir
30/07/2010 Yanan bazardan reportaj
30/07/2010 Maaş və pensiyalar sentyabrda artırıla bilər
29/07/2010 Erməni ordusunda atışma
29/07/2010 Ermənistansız Cənubi Qafqaz ittifaqı
29/07/2010 Gənclərin işsizlik problemi...
29/07/2010 Azərbaycanın ilk hüquq professoru
29/07/2010 "...O vaxt İsa Qəmbərin özünü partiyadan çıxarmaq lazım idi"
29/07/2010 Rusların sayı 25 milyon nəfər azalacaq
29/07/2010 Rusiyada benzinin qiyməti bahalaşdırılıb
29/07/2010 Bahalı tikinti layihələri yerli istehsalı gölgədə qoyub
29/07/2010 "Lütfən, tələyə düşməyək"
29/07/2010 "Şərəfsiz təqdimat"
29/07/2010 "Zəhərlənmiş" gənclər
29/07/2010 "Hamımız Azərbaycanı çox sevirik"
29/07/2010 Səkinə Məhəmmədinin vəkili yoxa çıxıb
29/07/2010 "Arman" üzvlərinin məhkəməsi keçirilib
29/07/2010 Ermənilər Urmuda festival keçirir
29/07/2010 Əhvazda üç nəfər edam olunub
29/07/2010 "Traktor" Təbrizdə iki oyuna azarkeşsiz çıxacaq
28/07/2010 Geosiyasi bazar...
28/07/2010 Məhbus ailələri İran hökumətinə iki həftə vaxt verdi
28/07/2010 "Sulduzxəbər"in saytına qadağa qoyulub
28/07/2010 GAMAC soydaşlarımızı Berlin aksiyasına qoşulmağa çağırır
28/07/2010 Ermənilər İranda "erməni izi" axtarır
28/07/2010 "Quzeyli və güneyli gənclər arasında əlaqələr çox zəifdir"
28/07/2010 Ankaradan Moskvaya vizasız yollar görünür
28/07/2010 Ziya(n)lı iddialar
28/07/2010 Fars rejimi Təbrizin futbol komandasından qorxur
28/07/2010 "Biz turistləri əzizləməli və onlara öpüş göndərməliyik"
28/07/2010 İstirahətsiz QHT-lər...
28/07/2010 Küveyt əmiri Bakıya gələcək
28/07/2010 QHT-biznes əlaqələri çox aşağı səviyyədədir
28/07/2010 Qədim Tiflis xanəndələri
28/07/2010 Magistraturada boş qalan yerlərə qəbul aparılacaq
28/07/2010 "Bir pəncərə" sistemi sahibkarlara düşüb
27/07/2010 Ermənilərin ümidləri puç olur
27/07/2010 Moskva Əhmədinejadı
27/07/2010 "Şagirdlərin bilik səviyyəsi aşağı düşür"
27/07/2010 Millət vəkilindən maraqlı təklif
27/07/2010 "Qara deşik" əxlaqı
27/07/2010 "Türkiyənin olmadığı bir Avropa Birliyi daha zəif olacaq"
27/07/2010 İran ətrafında həlqə daralır
27/07/2010 "Kosova müstəqil olmamalı idi"
27/07/2010 Rusiya əks-təsirlə üz-üzə...
27/07/2010 "İranda dəyişiklik gözlənilir"
27/07/2010 Qədim Tiflis xanəndələri
27/07/2010 Uşaqlar istismar olunur
27/07/2010 Taxılın qiyməti bahalaşır
26/07/2010 "Kosova Azərbaycan üçün presedent ola bilməz"
26/07/2010 135 ilin ən böyük hədiyyəsi
26/07/2010 Gəncliyin dərdi nədir...
26/07/2010 "Kişi sözü"
26/07/2010 FHN jurnalistləri mükafatlandırdı
26/07/2010 Xəyanət yolu...
26/07/2010 Milli fəal Ayət Məhəmməd Cəfəri azadlığa buraxılıb
26/07/2010 "Nabucco"nun inşasına 2011-ci ilin sonunda başlanması planlaşdırılır
26/07/2010 AAKM ARTE televiziyasına etiraz məktubu ünvanlayıb
26/07/2010 Hayden: "İrana hücum qaçılmazdır"
26/07/2010 ABŞ-ın 92 min məxfi məlumatı internetə sızdı
26/07/2010 Hökumət ölkənin əsas bankını xilas edə bilər
26/07/2010 Muğam - musiqi sənətinin tacıdır
26/07/2010 İmtahanın nəticələri açıqlandı
26/07/2010 İnternet istifadəçilərinin sayı artır
23/07/2010 Ermənilər geri çəkildi
23/07/2010 "Unudulmaqda olan milli-mənəvi dəyərlərimiz və gəncliyimiz"
23/07/2010 Jurnalistlər üçün bina tikiləcək
23/07/2010 "Mətbuat Şurasına satılmışların qurumu demək absurddur"
23/07/2010 "2010-cu il Qarabağ ili olmayacaq"
23/07/2010 "Siyasi düşüncəsindən asılı olmayaraq hər bir media təmsilçisinin mükafatlandırılmasını müsbət addımdır"
23/07/2010 Yürüş Mehrəlibəyliyə ağır işgəncələr verilir
23/07/2010 "Səkinə Məhəmmədi Aştiani təzyiqə məruz qalır"
23/07/2010 "Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik"
23/07/2010 "Ermənistan-Azərbaycan münaqişəsi: təcavüz və işğal"
23/07/2010 İranda sərnişin təyyarəsi problemi
23/07/2010 Şimali Xorasanda zəlzələ
23/07/2010 AB İrana qarşı sanksiyaları razılaşdırıb
23/07/2010 İrandan Türkiyəyə yeni qaz kəməri çəkiləcək
22/07/2010 Qoyun dəvədən şanslıdır
22/07/2010 "Ettelaat" soydaşlarımıza divan tutur
22/07/2010 Brayza ermənilərin hədəfində...
22/07/2010 "Türkiyə mətbuatı və Qarabağ"
22/07/2010 1956-cı ildən gizli qalan məktublar üzə çıxdı
22/07/2010 "Azərbaycanın hərbi qələbəsi ermənilərin inadını qıracaq"
22/07/2010 "Rusiyanın zorakılığı əks-reaksiya doğurur"
22/07/2010 Jurnalist Əzəm Vismə azadlığa buraxılıb
22/07/2010 Həmədanda beş məhbusun əlləri kəsilib
21/07/2010 "Azadlıq" radiosu Azərbaycana düşmən kəsilib
21/07/2010 "Azərbaycan Rusiya ilə danışıqlara başlamalıdır"
21/07/2010 "Türkiyə İranla bağlı məsələlərdə çox ehtiyatlıdır"
21/07/2010 "Superpartiya" üçün "superkley" problemi
21/07/2010 Mənasız və nəticəsi olmayan danışıqlar...
21/07/2010 Media kapitanları mətbuatın gələcəyinə inanır
21/07/2010 Jurnalistlər Dağlıq Qarabağa getmək istəmir
21/07/2010 Sulduz bazarı da bağlandı
21/07/2010 BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi münasibətilə Kütləvi İnformasiya Vasitələrinə və bütün Azərbaycan xalqına təbrik ünvanlayıb.
21/07/2010 Milli fəalların həbsindən iki ay keçdi
21/07/2010 "Qeyri Hökumət Təşkilatları və Mətbuat"
21/07/2010 Azərbaycan türkləri Berlində aksiya keçirəcək
20/07/2010 Bernar Fasie həmsədrlikdən gedir
20/07/2010 Moskva Qarabağ danışıqlarını "dondurdu"
20/07/2010 Gülməli danışan kimdir?
20/07/2010 Təhsil haqqının artırılması təklifi narazılıq doğurur
20/07/2010 "Azərbaycan oyaqdı, Təbrizə dayaqdı!"
20/07/2010 Tox hardan bilər, ac nələr çəkir...
20/07/2010 "Azərbaycan mətbuatı üzərinə düşən missiyanı yerinə yetirib"