Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Həmsədrlər məsuliyyət hiss etməlidirlər”

21.02.19, 11:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fəzail İbrahimli: “…Bir-birinə canavar kimi baxırlar”

“Bir nəfər layiq olmayan şəxsə əməkdar artist adı verirlər. Bu şəxs Habil Əliyevlə görüşüb, onun yanında oturur. Habil onu əməkdar artıst adı alması ilə bağlı təbrik etmir. Bu şəxs isə dözməyib Habilə üzünü tutaraq deyir ki, Habil müəllim niyə məni təbrik etmirsiniz? Habil cavabında deyir ki, xeyri ola, nə məsələ ilə bağlı təbrik etməliyəm. Həmin şəxsdə cavab verir ki, bəs mənə əməkdar artist adı veriblər. Habil də qayıdır ki, adama çox şey verərlər. Sən o adı verəndə utanmadın, götürdün!!!.. İndi ATƏT Minsk qrupu həmsədrləri belə durumdadır. Adama deyərlər ki, utanmırsan 25 ilə yaxındır get-gəl edirsizniz,amma ortada nəticə yoxdur”. Bunu deputat Fəzail İbrahimli ATƏT Minsk qrupu həmsdərlərinin bölgəyə növbəti səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bir məqsədi var, vaxtı uzatmaq, vaxt udmaqdır. “Minsk Qruuna həmsədr təyin edilib. O da səlahiyyət müddəti bitnədək münaqişə edən Azərbaycanla Ermənistana səfər edirlər, yeyib-içib, laqqırtı vurub gedirlər. Bu lap “Əliqulu evlənir” tamaşasındakı vəziyyətə bənzəyir. Yığışdıq, indi də ayrılaq. Sonra növbəti sədr gəlir. Axı həmsədr nə deməkdir. Onlar özlərində bir məsuliyyət hiss etməlidirlər. Ona görə də deyirəm ki, ATƏT Minsk qrupu bu məsələni həll edə bilməz”, - deyə F. İbrahimli bildirib. Millət vəkilinin fikrincə, Minsk qrupunda təmsil olunan həmsədrlər ölkələri və qurumdakı nümayəndələri bir-birinə canavar kimi baxırlar: “Minsk Qrupundakı Rusiya ilə ABŞ öz problemlərini həll edə bilmədiyi halda Qarabağ münaqişəsini necə həll edə bilər?! Hansı maraqlar baş qaldırdı ki, gəlib Azərbaycanın problemini həll etmək istədilər. ABŞ Rusiyay sanksiya tətbiq edir və nəticədə iqtisadi durum pisləşir. İkincisi, onların hər biri istəyir ki, Cənubi Qafqazda hegemon olsun.Ona görə də bu əks qüvvələrə ələ ələ verib belə bir ağır yükü aradan qaldıra bilməz. Krılovun təmsilindəki kimi, biri havaya, biri dənizə, biri də quruay dartıb Qarabağı həll edə bilməz. Odur ki, ATƏT-in Minsk qrupunun adı çəkiləndə mənim ətim tökülür”. Deputat əlavə edib ki, belə olan şəraitdə nə etməlidir sualına cavab axtarmalıdır: “Azərbaycan nə etməlidrsə edir. Dözümlülük deyirlər, dözür, beynəlxalq hüquq normalarına riayət edir, dünyada gedən bütün proseslərə loyal yanaşır, qonşuluq haqqlarını lazımınca yerinə yetirir. Bir yol qalıb ki, o da, günün birində Silahlı Qüvvələrini səfərbər edib, ATƏT-in Minsk Qrupunun bacarmadığı işi siz bacarmadız, mən bacaracam deyib hərbi əməliyyatlara başlayıb, torpaqları işğaldan azad etməkdir. Bunun da zaman ehtiyacı var”.

Bu xəbər oxundu
- - -