Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Koçaryan belə bəyanatı ilə Ermənistan cəmiyyətində özünə dəstək qazanmağa çalışır”

21.02.19, 11:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryan öz çirkin əməllərini ört-basdır etmək məqsədilə yenidən "Qarabağ kartı"ndan istifadə etmək istəyir”. Bunu millət vəkili Rauf Əliyev deyib. O qeyd edib ki, R.Koçaryan həbsxanadan Qarabağla bağlı bəyanat yayaraq Ermənistanın yeni hakimiyyətini "qondarma rejimin əsasları"na zərbə vurmaqda ittiham edir: "Vaxtilə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərən separatçı millətçi hərəkatın liderlərindən biri olan Koçaryanın rəhbərlik etdiyi "Qarabağ klanı" Ermənistanda hakimiyyəti ələ keçirmişdi. Dağlıq Qarabağın və ətraf rayonların işğalında, Xocalı soyqırımının törədilməsində Koçaryan və onun əlaltıları əsas rol oynayıb. Hakimiyyətdə olduğu dövrdə yol verdiyi bir sıra cinayət işlərinə görə indi həbsdə olan Koçaryan öz çirkin əməllərini ört-basdır etmək məqsədilə vaxtilə istifadə etdiyi "Qarabağ kartı"ndan yenidən istifadə etmək istəyir". Deputat vurğulayıb ki, Azərbaycan rəhbərliyi tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması sahəsində aparılan düşünülmüş, beynəlxalq hüquq normalarına əsaslanan siyasət son vaxtlar bu danışıqların nəticə verəcəyinə ümidləri artırıb: "Bu proseslərdən təşvişə düşən Koçaryan belə bəyanatı ilə Ermənistan cəmiyyətində özünə dəstək qazanmağa çalışır, ona qarşı açılmış cinayət işindən yaxasını qurtarmağa cəhd göstərir".

Bu xəbər oxundu
- - -