Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Su bulandırmaqla məşğuldurlar

21.02.19, 11:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dövlət büdcəsinin idarəsi Əli Kərimli və ətrafının hakimiyyəti dövründə əllərində olub və yalnız büdcəni talan etməklə məşğul olublar. Ona görə də büdcəni necə zənginləşdirmək yaxud vəsaitlərin xalq və dövlət üçün necə xərclənməsi barədə dezinformasiyaya malik olublar. “Əli Kərimlinin əməyinin” nəticəsini xalq 1992-1993-cü illərdə görüb və bunun müqabilində onlara öz yerlərini göstəriblər. Radikal müxalifət həmişə olduğu kimi bu gün də su bulandırmaqla məşğuldur. Elə öyrəndikləri də bundan ibarətdir.
Bu sözləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində iqtisadiyyatımız sürətlə inkişaf edir: “İqtisadiyyatımız gücləndikcə, büdcəmiz də böyüyür. Son bir neçə ildir ki, ölkənin büdcəsi sosial yönümlü büdcəyə çevrilib. Ölkəmizin inkişafı naminə sosial-iqtisadi proqramlar həyata keçirilir. Cənab prezident həmişə xalqın, dövlətin mənafeyini önə çəkməklə daxili və xarici siyasətini inkişaf etdirir. İqtisadiyyatımız inkişaf etdikcə, vəsaitin bir hissəsi əhalinin rifahına yönəldilməsi dövlətimizin qarşısında duran əsas hədəflərdən biridir. Bütün bunlar Əli Kərimli və ətrafını narahat edir”.
Deputat hesab edir ki, İlham Əliyevin rəhbərliyi ilə hakimiyyətin qazandığı hər bir uğur Əli Kərimli və bu tipli insanların siyasi iflasını sürətləndirir.

Bu xəbər oxundu
- - -