Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Diaspora sədri tələbələrlə görüşüb - Misirdə

21.02.19, 11:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib.
Seymur Nəsirovun “Xalq Cəbhəsi” qəzetinə verdiyi məlumata görə, görüşdə Azərbaycanla Misir arasında tarixi, mədəni əlaqələrdən danışıb və son illər bu əlaqələrin daha da genişləndiyini söyləyib. Buna nümunə olaraq o, hər iki ölkənin yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərlərini, Misir-Azərbaycan parlamentlərarası dostluq komissiyasının yaranmasıdır.
Diaspora sədri qarşıdan gələn Xocalı soyqırımı ilə bağlı həqiqətləri Misir ictimayətinə çatdırılmasında və həmçinin vətənimizlə bağlı bütün əlamətdar günlərdə keçirilən tədbirlərdə daha fəal olmalarının zərürilyindən də söhbət açmışdır.
Birliyin sədri Misirdə vətənimiz Azərbaycanı təbliğ etmək yolları haqqında öz tövsiyələrini verib, tələbələri maraqlandıran suallara cavablandırıb. Tələbələrin istəyi ilə onlar üçün diaspora mərkəzində ərəb dili kursları təşkil olunmuşdur. Diaspor rəhbəri, həmçinin onları vətəni təbliğ etmək və Azərbaycan həqiqətlərini ictimaiyyətə çatdırılması məqsədilə sosial şəbəkələrdə fəal olmalarına çağırıb.
Qeyd edək ki, hər il Misir Mədəniyyət Mərkəzi tərəfindən Misirə təhsil almaq üçün göndərilən tələbələr, diaspor tərəfindən qarşılanır, onların yerləşdirilməsi, sənədlərinin qaydaya salınması və təhsil almasında bütün lazımi köməklik göstərilir.
Hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində, aralarında azərbaycanlılar olmaqla yanaşı, dünyanın 18 ölkəsindən 180 dan çox tələbə ödənişsiz müxtəlif ixtisaslar üzrə təhsil alır.

Bu xəbər oxundu
- - -