Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Təhqir və böhtana görə cəzalar sərtləşdirilə bilər”

21.02.19, 12:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ziyafət Əsgərov: “Növbəti parlament seçkilərinin vaxtının irəli çəkilməsinə zərurət yoxdur”

“Sosial şəbəkələr təyinatına uyğun istifadə edilsə, yaxşı olar. Sosial şəbəkələrdən qanunsuz istifadə etmək cəhdləri qəbulolunmazdır. Burada baş verən qanunazidd hərəkətlərin, insanların şəxsiyyətinin, şərəf və ləyaqətinin təhqir olunması yolverilməzdir. Bu hallar cinayət qanunvericiliyi ilə təqib olunur. Belə halların qarşısının alınması üçün qanunvericilikdə, o cümlədən “Kütləvi informasiya vasitələri haqqında” qanunda müəyyən dəyişikliklər edilə bilər”.
Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
O, bu məsələdə ictimai qınağın gücləndirilməsinin tərəfdarı olduğunu qeyd edib: “İnsanların özləri bunu dərk etməlidirlər, ictimai qınaq güclü olmalıdır. Jurnalistlər fəal olmalıdırlar ki, əxlaqa zidd olan hallar baş verməsin. Cinayət Məcəlləsində təhqir və böhtana görə cəza nəzərdə tutulur. Əgər təkliflər olarsa, cəzalar sərtləşdirilə bilər. Amma cəmiyyətin təpki göstərməyi əsasdır, insanların mədəni səviyyəsi yüksəlməlidir. Əgər sənin kiminləsə mübahisən düşübsə, nədənsə narazısansa, söyüşə əl atmamalısan. Bu, çıxış yolu deyil. Bunun normal və sivil yolları var. Komputerin arxasında oturub müxtəlif yazı yazaraq kimisə niyə təhqir etməlisən ki? Xaricdə oturub kimisə təhqir etmək hansı əxlaqa sığır? Bu yazıları sənin və digərlərinin ailəsi – anası, bacısı, qardaşı oxuyur. Bu, biabırçı vəziyyətdir. Bu məsələdə hamının barışmaz mövqeyi olmalıdır”.
Ziyafət Əsgərov növbəti parlament seçkilərinin vaxtının irəli çəkiləcəyi ilə bağlı iddialara münasibət bildirib.
Milli Məclis sədrinin birinci müavini deyib ki, növbəti parlament seçkilərinin vaxtının irəli çəkilməsinə zərurət yoxdur.
Onun sözlərinə görə, Azərbaycanda seçkilərin keçiriləcəyi tarixlər üst-üstə düşmür: “Bunlar Seçki Məcəlləsi ilə tənzimlənir. İddialar başqa, qanunvericilik başqa şeydir”.

Bu xəbər oxundu
- - -