Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İnsanların bu hüquqları məhdudlaşdırıla bilməz”

22.02.19, 8:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Deputatlar ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyasında çıxış ediblər
Fevralın 21-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 18-ci qış sessiyası çərçivəsində İnsan haqları və humanitar məsələlər komitəsinin iclası keçirilib. İclasın əsas mövzusu “Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri” olub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında təhlükəsizlik, sabitlik və inkişafın önəmindən danışıb. Bildirib ki, 2008-ci il qəbul edilən Helsinki sənədində insan hüquqlarının qanunun aliliyi və demokratiya ilə əlaqəli olduğu və bir-birini tamamladığı göstərilib. Bəzi hallarda ziddiyyətli səbəblər üzündən insan hüquqlarının müvəqqəti məhdudlaşdırılmasına baxılır: “Bunun üçün, əlbəttə ki, hüquqi baza mövcuddur. Təbii ki, yaşamaq, işgəncəyə məruz qalmama, insanların şərəf və ləyaqətinin qorunması hüquqları məhdudlaşdırıla bilməz. Lakin bu sahədə mövcud olan vəziyyət göstərir ki, bu, heç də hər zaman mümkün olmur. Təəssüflər olsun ki, fövqəladə şəraitdə insan hüquqları kimi anlayış mövcuddur”.
Bahar Muradova xüsusilə vurğulayıb ki, sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir: “Qaçqın və məcburi köçkünlərin problemləri mənə çox yaxındır. Mənim ölkəmi ikiyə bölən təmas xətti seçildiyim dairənin mərkəzindən keçir”.
Deputat bildirib ki, fövqəladə hallara uyğun vəziyyətdə yaşayan insanların – qadınların, uşaqların və yaşlıların həyatı ciddi təhlükə altındadır: “Biz diqqəti onların təhlükəsiz və qorxusuz həyat təminatına yönəltməliyik. Bu məhdudiyyətlər fövqəladə şəraitin tələblərinə uyğun olmalı və yalnız nadir hallarda tətbiq edilməlidir.”
Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili isə çıxışında qeyd edib ki, İnsan Hüquqları və Terrorizmlə Mübarizə Təlimatlarına əsasən, "Dövlətlər onların ərazisində yaşayan bütün insanların hüquqlarını, xüsusilə də onların yaşama hüququnu terrorçu aktlara qarşı qorumaq üçün lazım olan bütün tədbirləri görməlidirlər".
Həmçinin bildirilib ki, çox vaxt terror aktlarını törədən və ya planlaşdıranlar da atdıqları addımlarla insanların hüquq və azadlıqlarına müdaxilə etmiş olurlar.
Deputat qeyd edib ki, xarici müdaxilələr, qonşu ölkəyə qarşı təcavüz və işğalçılıq siyasəti də insanların yaşamaq hüququnu məhdudlaşdırır. Azərbaycanda 1 milyondan çox məcburi köçkünün həyatında bu, müşahidə edilir.
Tahir Mirkişili sonda bildirib ki, məhdudiyyətlərin tətbiq olunmasında milli və ictimai təhlükəsizlik arasındakı balans saxlanılmalıdır. Ümumi olaraq, milli və ictimai təhlükələrin aradan qaldırılması məhdudiyyətlərin tətbiqinə şərait yaratmaz.

Bu xəbər oxundu
- - -