Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rusiyanın strateji obyektləri sıradan çıxarılacaq”

15.03.19, 7:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Baltikyanı regionda yaradılan NATO-nun kiberstrukturu Rusiyada kritik əhəmiyyətli obyektlərə hücumlar etmək və onları sıradan çıxarmaq üçün nəzərdə tutulub.
Bu haqda Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Mixail Popov “Qırmızı ulduz” qəzetinə müsahibəsində bildirib.
Popov xatırladıb ki, qlobal informasiya məkanı artıq bir çox mütəxəssis tərəfindən yeni hərbi hərəkət teatrı kimi qəbul edilir.
“Bu baxımdan, ABŞ və onun NATO üzrə müttəfiqləri kiberməkanda aktiv hərəkətlərə və bu sfera üzərində ümumi nəzarətin təmin olunmasına xüsusi diqqət ayırırlar. Riqa və Tallində strateji kommunikasiyalar mərkəzinin yaradılması genişmiqyaslı informasiya müharibəsinin aparılmasına hədəflənib. Potensial rəqibin kritik əhəmiyyətli obyektlərinin sıradan çıxarılması göstərilən strukturların əsas hədəfidir. Hər şeydən əvvəl, söhbət Rusiyanın dövlət idarəçiliyi sistemi, maliyyə institutları, müəssisələri, elektrik stansiyaları, dəmiryol vağzalları və aeroportların fəaliyyətinin pozulmasından gedir”, - o qeyd edib.

Bu xəbər oxundu
- - -