Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Metroda nələr baş verib?

15.03.19, 9:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən 09:35-də "İçərişəhər" stansiyasına gedən qatar "28 May" metrostansiyası platformasında saxlanılıb. Bir müddət keçdikdən sonra metropoliten işçiləri qatarın yalnız "Nizami" stansiyasına qədər sərnişin aparacağını bildiriblər. Sərnişinlər qatara daxil olduqdan sonra isə maşinist tərəfindən qatarı ümumiyyətlə tərk edib boşaltmaqları tələb olunub.
Bəs buna səbəb nə olub?
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovi bildirib ki, "İçərişəhər" stansiyasına gedən qatarda texniki nasazlıq yaranıb: “Daha sonra isə həmin qatar sərnişinsiz depoya göndərilib və yerinə qatar verilib”.

Bu xəbər oxundu
- - -