Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sahibkarlar gömrük sahəsində aparılan islahatlar barədə məlumatlandırılıb

15.03.19, 13:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib. Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, tədbirdə çıxış edən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyev gömrük orqanlarında biznes subyektlərinin işinin asanlaşdırılması üçün layihələrin həyata keçirildiyini deyib. Baş İdarənin rəisi gömrük sahəsində aparılan islahatlar barədə sahibkarlara ətraflı məlumat verib və bildirib ki, gömrük orqanları biznes-gömrük əməkdaşlığına xüsusi diqqət yetirir. Bununla əlaqədar, iş adamları və gömrük əməkdaşları arasında davamlı görüşlər keçirilir, sahibkarların rəy və təklifləri öyrənilir. İstər gömrük-biznes münasibətlərinin şəffaf şəkildə qurulması, sahibkarların hüquqlarının qorunması, istərsə də, qanunvericilik bazasının təkmilləşdirilməsi, gömrük tarifləri və digər məsələlərlə bağlı bütün təkliflər nəzərə alınır.

Bu xəbər oxundu
- - -