Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə təşəkkür edib

18.03.19, 8:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu və Səadət Bənəniyarlı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Onlar dövlət başçısına martın 16-da imzaladığı əfv sərəncamına müraciət ediblər. Müraciətdə deyilir: “Hörmətli cənab Prezident!
Novruz Bayramı ərəfəsində imzaladığınız növbəti əfv sərəncamından duyduğumuz məmnunluğa görə Sizə dərin təşəkkürümüzü bildiririk. Siz bir daha sübut etdiniz ki, ölkəmizdə insan hüquqlarının bərqərar olması yönündə yaranan hər hansı bir məsələni heç bir xarici qüvvənin təsiri və müdaxiləsi olmadan özümüz həll etməyə qadirik.
Sizin imzaladığınız və humanistlik, insanpərvərlik hisslərinə söykənən əfv sərəncamı nəticəsində siyahımızda adları çəkilən onlarca məhbus azadlığa çıxaraq yollarını gözləyən ailələrinə qovuşdular. Siyahıda keçmiş səhiyyə naziri Əli İnsanovun, AXCP üzvləri Gözəl Bayramlının, Fuad Qəhrəmanlının, gənc fəallar İlkin Rüstəmzadənin, Qiyas İbrahimovun, Bayram Məmmədovun, inanclı insanların və digər onlarca şəxsin olması sərəncama böyük dəyər qatmış oldu.
Hörmətli cənab Prezident!
Əfv sərəncamının verilməsində Sizə ünvanladığımız müraciəti nəzərə almağınız bizim insan haqları müdafiəsi üzrə 30 illik fəaliyyətimizə verdiyiniz ən yüksək qiymətdir. Biz bundan sonra da Sizə arxalanaraq ölkəmizdə insan amilinin yüksək tutulması, cəmiyyətimizin azad, bütöv, bəşəri dəyərlər əsasında formalaşması uğrunda işimizi davam etdirəcəyik.
Bir daha Sizə təşəkkürümüzü bildirərək qarşıdan gələn milli bayramımız - Novruz Bayramı münasibətilə təbrik edir, Sizə cansağlığı, xalqımızın rifahı, Vətənimizin tərəqqisi yolunda apardığınız yorulmaz fəaliyyətinizdə uğurlar diləyirik”.

Bu xəbər oxundu
- - -