Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Fondun Müşahidə Şurası müsabiqənin nəticələrini təsdiqləyib

18.03.19, 10:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda Fondun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə keçirilmiş ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri müzakirə edilib.
Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdə olan məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor Fondun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə elan edilmiş müsabiqənin 2019-ci il fevralın 1-dən martın 15-dək davam etdiyini bildirib. Vüqar Səfərli Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirilən müsabiqəyə 54 KİV-dən 145 yazının təqdim olunduğunu, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb.
Sonra müsabiqənin ekspertlərin rəyləri əsasında hazırlanmış yekun nəticələri iclasın müzakirəsinə təqdim edilib. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, İntiqam Hümbətov, Ayaz Mirzəyev, Əvəz Rüstəmov və Rasim Həsənov Fondun keçirdiyi müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyini stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin yekununda müsabiqənin şərtlərinə uyğun olaraq istiqamətlərin hər biri üzrə qaliblər elan edilib, ümumilikdə 109 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.
Qaliblərin siyahısı:

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu üzrə

"Səs" İnformasiya Agentliyinin müxbiri Məhərrəmova Nailə İbrahim qızı I yer, "Kaspi" qəzetinin müxbiri Cəfərova Aygün Əzizağa qızı, "Ekspress.az" saytının müxbiri Aslan Aqil İsmayıl oğlu II yer, "Paralel" qəzetinin şöbə müdiri Abbaszadə Mahir Tapdıq oğlu III yerə layiq görülüblər.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi üzrə

"Trend" İnformasiya Agentliyinin müxbiri Güləliyev Samir İntiqam oğlu I yer, "Moderator.az" saytının redaktoru Əliyev Seymur Telman oğlu, "Şərq" qəzetinin müxbiri Rzayeva Məlahət Əli qızı II yer, "Səs" İnformasiya Agentliyinin müxbiri Hacıyeva Minarə İsa qızı, "Mövqe" qəzetinin müxbiri Sultan Rüfət Nadir oğlu və "Şəmkir" qəzetinin redaktoru Qasımov İlyas Xurşud oğlu III yeri tutublar.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması üzrə

"Kaspi" qəzetinin müxbiri Məmmədli Bəxtiyar Feruz oğlu I yer, "Üç nöqtə" qəzetinin müxbiri Nəbili Emin Ağahüseyn oğlu və "Olaylar" qəzetinin müxbiri
Hüseynli Alim Ziyadxan oğlu II yer, "Oxu məni" qəzetinin müxbiri Mustafayev Əziz Salam oğlu, "Səs" qəzetinin şöbə müdiri Hüseynova Rəfiqə Kamal qızı III yerin qalibi olublar.

İctimai və dövlət maraqlarının müdafiəsi üzrə

"İki sahil" qəzetinin müxbiri Əliyev Məhərrəm Ağalar oğlu I yer, "Xalq qəzeti"nin müxbiri Bayramov Vaqif Binyat oğlu, "Yeni Müsavat" qəzetinin müxbiri Ağayev Etibar Rafiq oğlu II yer, "Publika.az" xəbər portalının redaktoru Rzayev Nizam Abdulbağı oğlu, "Həftə içi" qəzetinin müxbiri Tağıbəyli Vüsal Vaqif oğlu, "Yeni Azərbaycan" qəzetinin redaktoru, Hümmətov Aqşin Şahin oğlu III yerin qalibi olublar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi üzrə

"AzərTac” İnformasiya Agentliyinin müxbiri Həsənov Nəriman Rüstəm oğlu I yer, "Yeni Müsavat" qəzetinin müxbiri Paşa Elşad Əlhüseyn oğlu, "Kaspi" qəzetinin müxbiri Nuriyev Azər Vasif oğlu III, "Xocalının səsi" qəzetinin redaktoru Quliyev Qalib Bəyməmməd oğlu, "Şərq" qəzetinin redaktoru Abdullayev Anar Bayram oğlu, "525-ci qəzet"in müxbiri Şükürov Cavid Qədir oğlu III yerin qalibi olublar.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi üzrə

"Yeni Azərbaycan" qəzetinin müxbiri Qələndərov Nurlan Vəli oğlu I, "İki sahil" qəzetinin müxbiri Məmmədov Əhməd Qurban oğlu, "Bakı-Xəbər" qəzetinin baş redaktor müavini Səfərova Samirə Məmmədhənifə qızı II, "Mövqe" saytının müxbiri Quluyeva Zülfiyyə Telman qızı, "Teleqraf.com" saytının redaktoru Xəlilov Ruslan Qaçay oğlu, "Paralel" qəzetinin müxbiri Abbasov Murtuza Sudeyib oğlu III yerin qalibi olublar.

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması üzrə
"Xalq qəzeti"nin müxbiri Bədəlov Əliqismət Əjdər oğlu I, "Şərq" qəzetinin müxbiri Bayramova Yeganə Sahib qızı, "525-ci qəzet"in müxbiri Abasov Ceyhun Abas oğlu II, "Modern.az" İnformasiya Agentliyinin müxbiri Qasımova Gülşən Rayub qızı, "AZƏRTAC" İnformasiya Agentliyinin bölmə müdiri Həsənov Ziyadxan Qaryağdı oğlu, "Bakı-Xəbər" qəzetinin müxbiri, Quliyev Namiq Abbasqulu oğlu III yerin qalibi olublar.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği üzrə
"Yenicag.az " saytının müxbiri Zeynalov Araz Məhər oğlu,
"Futbol+Qol" qəzetinin müxbiri Abdullayev Hürrü Hüseynalı oğlu, "525-ci qəzet"in müxbiri Mahmudzadə Şəhanə Müşfiq qızı II,
"Üç nöqtə" qəzetinin baş redaktor müavini Əfəndiyev Pünhan Şövkət oğlu, "Aşkarlıq" qəzetinin baş redaktoru, Əhədov Ehtibar Əliağa oğlu
(Lənkəran), "Şirvan" qəzetinin baş redaktoru (Şirvan) Məmmədova Könül Tarix qızı III yerin qalibi olublar.

Azərbaycançılıq ideyasının təbliği istiqaməti üzrə

"Mövqe" qəzetinin müxbiri Kərimova Sevda Mənsim qızı I,
"Xalq Cəbhəsi" qəzetinin müxbiri Şahverdiyev Cavid Nadir oğlu,
"Kaspi" qəzetinin müxbiri Məhərrəmova Təranə Sərdar qızı II,
"The Business Times" qəzetinin baş redaktoru Nurullayeva Nəzirə Rafiq qızı, "Yeni Azərbaycan" qəzetinin redaktoru Cəfərov Zahid İlham oğlu III yerin qalibi olublar.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi üzrə
"Xalq cəbhəsi" qəzetinin redaktoru Zeynalov Mahir Həmzə oğlu I,
"Respublika" qəzetinin bölgə müxbiri (Lənkəran) Həsənov Əlisəfa Aqaxan oğlu, "İki sahil" qəzetinin baş redaktor müavini Bağırov Rəşad Bağır oğlu II, "Futbolxeber.az" saytının baş redaktoru Cəfərov İbrahim Elçin oğlu, "Novoye Vremya" qəzetinin redaktoru Məmmədov Məzahir Zahid oğlu, İsmayılov Qismət Eyyub oğlu "Səs" qəzetinin şöbə müdiri III yerinq alibi olublar.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi üzrə

"AZADİNFORM" İnformasiya Agentliyinin müxbiri Rəşidova İlhamə Rafael qızı I, "Kaspi" qəzetinin müxbiri Əhmədova Aygün Asim qızı, "Xalq Cəbhəsi" qəzetinin müxbiri İmaməliyev Elçin Qalib oğlu II,
"Səs" İnformasiya Agentliyinin müxbiri Bağırov Mamed Abbas oğlu, "Palitra" qəzetinin şöbə müdiri Miriyev Anar Barat oğlu, "Həftə içi" qəzetinin redaktoru Əliyev Azad Akif oğlu III yerinq alibi olublar.

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi üzrə

"Kaspiy" qəzetinin şöbə müdiri Məmmədova Afət İslam qızı I, "Xalq Cəbhəsi" qəzetinin müxbiri İbrahimov Əli Zülfüqar oğlu, "İki sahil" qəzetinin müxbiri Yusifov Vəli İlyas oğlu II,
"Modern.az" saytının müxbiri Kərimova Namidə Samid qızı, "Paralel" qəzetinin baş redaktor müavini Abbaslı Tahir Tapdıq oğlu, "Azad Azərbaycan" qəzetinin şöbə müdiri Qədimov Cavanşir Yusif oğlu III yerin qalibi olublar.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi üzrə

"Palitra" qəzetinin müxbiri Tağıyev Tural Rasim oğlu I, "Səs" qəzetinin şöbə müdiri Rəhimli Zakir Ədalət oğlu, "Bərdə" qəzetinin redaktoru (Bərdə) Məmmədov Elbrus Şamil oğlu II, "Respublika" qəzetinin məsul katibi Cəfərov Müşfiq Mirzə oğlu, "Səs" İnformasiya Agentliyinin müxbiri İsmayılova Tünzalə Eldar qızı III yerin qalibi olublar.

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması üzrə

"525-ci qəzet"in müxbiri Cəfərova Sevinc İsmayıl qızı I, "The Business Times" qəzetinin müxbiri Hüseynova Pərvanə Rafiq qızı, "Ekspress.az" saytının müxbiri Məmmədova Aynurə Kamil qızı II, "Mədəniyyət" qəzetinin müxbiri Umudlu Gülcahan Mirqədir qızı, "Zaqatala" qəzetinin redaktor müavini (Zaqatala) Mehdiyeva Elmira Mehdi qızı, İlkxeber.org" saytının baş redaktoru Əhmədov Xanoğlan Əlhüseyn oğlu III yerin qalibi olublar.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı üzrə

"Yeni Müsavat" qəzetinin müxbiri Qurbanova Sevinc Telman qızı I, "Kaspi" qəzetinin müxbiri Musayeva Zeynəb Əli qızı, "İdman" qəzetinin müxbiri Aşırova Aynurə Pənah qızı II, "Report.az" İnformasiya Agentliyinin redaktoru Məmmədov Elşən Ağamirzə oğlu, "Bakı-Xəbər" qəzetinin müxbiri Sarıyeva İradə Murad qızı, "İki sahil" qəzetinin müxbiri Babayeva Mənsumə Maşallah qızı III yerin qalibi olublar.

Ekologiya və ətraf mühitin mühafizəsi üzrə

"Paralel" qəzetinin baş redaktor müavini Nəsirli Akif Sovet oğlu I, "Xalq Cəbhəsi" qəzetinin müxbiri Hüseynov Habil Malik oğlu, "AZƏRTAC" İnformasiya Agentliyinin müxbiri Hacıyev Süleyman Sabir oğlu II, "Qələbə" qəzetinin baş redaktoru (Salyan) Məlikov Rüstəm Sadıq oğlu, "Respublika" qəzetinin müxbiri Əliyeva Məhbarə Vəli qızı, "İki sahil" qəzetinin müxbiri Rəsulov Qvami Məhəbbət oğlu III yerin qalibi olublar.

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi üzrə

"Ekspress.az" saytının müxbiri Cəfərov Vasif Məmməd oğlu I, "İki sahil" qəzetinin bölmə müdiri Namazov Elçin Sabir oğlu, "Xalq qəzeti"nin müxbiri Abdullayev Məsayim Hacıxan oğlu II, "Kaspi" qəzetinin baş redaktor müavini Əliyev Məğrur Möhtərəm oğlu, "Yeni Azərbaycan" qəzetinin müxbiri Abdullayev Mübariz Əhməd oğlu "Kaspiy" qəzetinin baş redaktor müavini Səidov Abdulməcid İbrahim oğlu III yerin qalibi olublar.

Elm və təhsilin inkişaf etdirilməsi üzrə

"Bakı-Xəbər" qəzetinin müxbiri Xudaşov Vidadi Xudayar oğlu I,
"Kaspiy" qəzetinin şöbə müdiri Əliyeva Qaliya Sosialovna, "Xalq qəzeti"nin müxbiri Əliyev Qabil Yusif oğlu II, "Palitra" qəzetinin müxbiri Abdullayeva Nigar Nizami qızı, "Səs" İnformasiya Agentliyinin redaktoru Məmmədov Cabir Rza oğlu, "525-ci qəzet"in redaktoru Həsənov İsgəndər Aqil oğlu III yerin qalibi olublar.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

"Futbol+Qol" qəzetinin müxbiri Əliyeva Zeynəb Qəhrəman qızı I, "Trend" İnformasiya Agentliyinin müxbiri İsabalayeva İlhamə Qismət qızı, "Olimpiya dünyası" qəzetinin şöbə müdiri Hakıyeva Səadət Zifi qızı II, "Şərq" qəzetinin redaktoru Abdullayev Ayyət Əhməd oğlu, "Olaylar" qəzetinin şöbə müdiri Oğuz Aysel Yunus qızı, "Paralel" qəzetinin baş redaktor müavini Bəşirova Şahnaz Saleh qızı III yerin qalibi olublar.

Bu xəbər oxundu
- - -