Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“OPEK-in toplantısının paytaxtımızda keçirilməsi böyük hadisədir”

19.03.19, 10:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Dünyanın neft istehsal edən ölkələrini birləşdirən OPEK kimi nüfuzlu təşkilatın toplantısının paytaxtımızda keçirilməsi doğrudan da böyük hadisədir. OPEK təkcə dünyanın neft siyasətini müəyyənləşdirmir, onun qərarları dünya siyasətinə həlledici təsir göstərir”. Bu fikirləri politoloq Nəzakət Məmmədova deyib. Politoloq bildirib ki, bu tədbirin əhəmiyyətinə ən doğru qiyməti Prezident İlham Əliyev verib: “O, Bakının dünyada neftin vətəni olduğunu vurğulayaraq, tədbirin paytaxtımızda keçirilməsinin rəmzi xarakter daşıdığını deyib. Prezident İlham Əliyev “OPEC plus”un yeni bir format olduğunu nəzərə alaraq, bu formatda ilk tədbirlərdən birinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd edib və bunu Azərbaycana olan dostluq və etimadın göstəricisi kimi dəyərləndirib. Dövlətimizin başçısının da qeyd etdiyi kimi biz də “OPEC plus” ölkələrinin iclasının uğurla keçəcəyinə, bunun da öz növbəsində neftin qiymətinin sabitləşdirilməsi işinə xidmət edəcəyinə və bu qiymətin neftin istehsalçıları, istehlakçıları, şirkətlər və ölkələr üçün məqbul olacağına inanırıq”.
OPEK baş katibi Məhəmməd Barkindonun fikirlərini xatırladan N. Məmmədova söyləyib ki, baş katibin qeyd etdiyi kimi hələ 1846-cı ildə dünyada ilk dəfə sənaye üsulu ilə neftin Bakıda hasil olunub və bu gəliş dünyanın neft paytaxtının ziyarətidir: “Prezident İlham Əliyev “OPEC plus” formatında iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edən ilk dövlət başçısıdır. Prezident İlham Əliyev tərəfindən bu təşəbbüs bildiyimiz kimi üç il bundan əvvəl Davosda irəli sürülmüşdü və bu gün artıq reallaşır. Ümumiyyətlə, “OPEC plus” formatında əməkdaşlıq təşəbbüsləri başlandığı ilk gündən Azərbaycan bu proseslərdə fəal iştirak edir. Bu da təbiidir. Ölkəmizin uğurlu neft strategiyası Ümummilli Lider Heydər Əliyev tərəfindən başladılıb və bu gün də davam edir. Neft amili Azərbaycanın müasir xarici siyasətində, geostrateji hədəflərində mühüm yer tutur. Bu baxımdan OPEK ölkələri ilə əməkdaşlıq, toplantının ölkəmizdə baş tutması olduqca böyük əhəmiyyət daşıyır”.

Bu xəbər oxundu
- - -