Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiya neftinin qiyməti düşdü: Böhran qaçılmazdır

20.08.14, 14:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiyanın ixrac etdiyi Ural neftinin bir barreli bir həftə içində 101 dollardan 96 dollara düşüb.
İyunun 25-dən bəri neftin 14 dollar aşağı düşməsi Rusiyanı bərk narahat edib.
Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin səbəbi Ukrayna böhranı ilə əlaqədar ABŞ və Avropanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsidir.
Eyni zamanda Liviyanın dünya bazarında yerini bərqərar etməsi, Rusiyanın İraqda neft istehsalına başlaması da neftin qiymətinin aşağı düşməsinə təsir edən amillərdəndir.
"The Moscow Times" qəzetinə açıqlama verən iqtisadçı Valeri Mironov qiymətlərin 80 dollara enəcəyi təqdirdə Rusiya iqtisadiyyatının çökəcəyinin qaçılmaz olduğunu bildirib.
"Reyters"in məlumatına görə, neft barrelinin qiyməti 1 dollar ucuzlaşarsa bu, Rusiya iqtisadiyyatına 1,4 milyard dollar ziyan deməkdir.

Bu xəbər oxundu
- - -