Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Təhsil naziri əmr imzalayıb

19.02.14, 14:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Məktəblərdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləcək

Təhsil naziri Mikayıl Cabbarov Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ali, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirləri müəyyənləşdirib həyata keçirsinlər, əmrin icrası ilə bağlı görülmüş işlər barədə 3 mart tarixinədək nazirliyə hesabat təqdim etsinlər.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
Qeyd edək ki, bəşər tarixinə XX əsrin ən dəhşətli faciələrindən biri kimi daxil olmuş Xocalı soyqırımından iyirmi iki il keçir. Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq olunub. Planda Təhsil Nazirliyi tərəfindən icrası nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi ikinci ildönümünün qeyd olunması əks olunub.

Bu xəbər oxundu
- - -