Ana səhifə
  Layihə
  Siyasət
  Xeber
  Ədəbiyyat
  Sosial
  Güney
  Dünya
  Mədəniyyət
  İdman
  Genocide
   Arxiv


 
Əliağa Vahidsiz 43 il
Onun qəzəlləri bu gün də dillər əzbəridir

Elçin Qaliboğlu

Tanınmış Azərbaycan qəzəlxanı Əliağa Vahidin vəfatından 43 il ötdü. Onun hələ sağlığında - neçə onillər ərzində insanların yaddaşında bir şair olaraq dərin kök salmasının səbəbləri vardı: əvvəla, Əliağa Vahid az qala hamının qəzəldən, klassik Azərbaycan şeirinin o dövrədək populyar janrlarından əl çəkdiyi, xüsusən də qəzəlin sovet ideologiyasına demək olar, tamamilə tabe etdirildiyi bir vaxtda bu janrdan möhkəm yapışdı, onun qədim ənənələr əsasında yaşaması üçün əlindən gələni etdi. Vahidin qəzəllərində ana dilimizin gözəlliyi, özünəməxsusluğu əsas yer tutur. Qəzəlləri klassik şeirimizdə olan ərəb-fars sözlərindən xeyli dərəcədə təmizlənmiş, Azərbaycan türkcəsinin halını özündə yaşadan sözlərlə, ifadələrlə zəngindir.
Əliağa Vahidi Məhəmməd Füzuli ilə müqayisə edirlər. Bu, doğma istəklə bağlı olsa belə, Füzuli ilə müayisə məsələsi düzgün sayılmamalıdır. Mübaliğəsiz demək olar ki, Füzuli bəşər tarixində ən böyük eşq şairidir. İnsana sevginin Füzuliyanə ölçüsü var və bu, danılmazdır. Füzulinin sevgisi heç bir dövran tanımır, mahiyyətcə dövrandan üstündür.
Vahidin Füzulidən bəhrələnməsi, üstəlik də yuxarıda deyildiyi kimi, qəzəlin ideolojiləşdirildiyi, camaatın qulağının dövran havalarından yağır olduğu bir zamanda sadə dillə yazması, son dərəcə sadə həyat tərzi sürməsi, meyxanada orijinal dəst-xətti onu sevdirdi. Bəli, Vahid əksər çağdaşları kimi dəbdəbə, tarixdə qalmaq həşirində deyildi. Və çox zaman könlünün səsini eşidənlər, bunu vəsf edənlər sabahda yaşayırlar.
Danışırlar ki, Vahid bir gün Üzeyir Nacıbəylini "kaşanəsinə" dəvət edir. Üzeyir bəy onun yarıqaranlıq bir otaqda yaşadığını görüncə burada necə yazıb-yaratdığına təəccüblənir. Əliağa Vahid ona deyir ki, doğrudan da bura mənim üçün kaşanədir. Bundan sonra Üzeyir bəyin və Məmməd Səid Ordubadinin səyilə Mircəfər Bağırov Vahidə iki otaqlı ev verir... Vahidin həyatının idealizə edilməsi də düzgün deyil. Onun içkiyə aludəliyi barədə bu gün də danışılır. Nər halda bu, Vahidin dövrana etirazı kimi qələmə verilərsə, səmimi səslənməz.
Onun son dərəcə kədərli həyatı olub. Şəxsi həyatı ilə yaradıcılığının daim təzad təşkil etməsi, şəxsi ailə həyatındakı uğursuzluq həyatında faciəvi notlar yaradıb. Deyilənə görə, 37-ci ildən təsadüf nəticəsində sağ çıxa bilib. Onun talantının hüdudsuzluğu, fitri şairliyi, meyxana janrının qaydalarından məharətli baş çıxara bilməsi XX yüzilin əvvəllərindən başlayaraq onillər ərzində "Vahid" imzasının Azərbaycan ictimaiyyəti arasında daim populyar qalmasına səbəb olub. Xalq arasında şəxsiyyətiylə bağlı müxtəlif söhbətlər olsa da, populyarlığını saxlaya bildi. Əliağa Vahiddən bəhs edən "Qəzəlxan" filmində onun meyxanaçılığı xüsusi şəkildə qabardılır. Əslində Vahid meyxanaçı deyildi, qəzəl şairi idi. Nər halda meyxana camaat arasında rəğbət qazanmış bir janrdır. Meyxana demək əlbəttə, asan iş deyil.
Onu hamıdan yaxşı tanıyan Nəkim Qəni idi. Nə vaxt Vahidlə bağlı danışırdısa, sifətinin əhvalı dəyişilərdi. Vahidi çox sevirdi: danışardı ki, Vahid həmişə şer aləmində olardı. Onun kədərli həyatı yaradıcılığına təsir etməyib. Vahidin hünəri idi ki, bütün əzablara sinə gərə bildi, şairlik aqibətinə sadiq qaldı. Əsil ədəbiyyat adamı idi. Onu heç də hamı sevmirdi. Yaradıcı adamlar içərisində kifayət qədər paxıllığını çəkənlər vardı. Siqaret qabının üstündə qəzəllərini yazırdı, aparıb evdə üzünü köçürürdü. Qəzəllərinin bir qismi "Vışka" siqaretinin qutularının üstündə yaranıb: "Onun gözəl tərcüməçilik qabiliyyəti bir neçə məqamda mənim üçün tamamilə aydın oldu. Füzulinin farsca əsərlərinin tərcüməsi ilə bağlı keçirilən müsabiqədə birinci yer tutmasının səbəbi həm də fars dilini gözəl bilməsi idi".
Nəkim Qəni Vahidin şəxsi həkimi olduğu dövrdə bütünlüklə xarakterinə dərindən bələd olmuşdu: "Müharibə vaxtı Vahidi müharibəyə göndərmişdilər; o zaman təsadüfən həkim işlədiyim yerdə rastlaşdıq, Vahidin xəstə olduğunu sübut etdim, nəticədə o, davaya göndərilməkdən xilas oldu. Sonradan Bakıya gələndə məclislərdə tez-tez deyirdi ki, əgər Nəkim Qəni olmasaydı, mən indi kim bilir, harada ölüb qalmışdım. Təəssüf ki, onun nəslindən heç kəs Vahidin yolunu davam etdirmədi. Ümumiyyətlə, Vahidin nəslində yaradıcı adamlar olmayıb. Əliağa Vahidi həmişə müəllimim və ustadım olaraq xatırlamışam, yaşatmışam. Onun kimi şairlər həmişə doğulmur.
Əliağa Vahid vur-tut mollaxana məktəbində üç sinif oxumuşdu, sonra nə oxumuşdusa, qazanmışdısa, şəxsi qabiliyyəti hesabına əldə etmişdi. Bundan sonra Vahid cavan yaşlarından meyxana deməyə başladı. Buzovnalı Azər vardı, Firdovsidən, Füzulidən tərcümələr etmişdi. Vahidin istedadını görən kimi bunu aparmışdı İçəri şəhərdəki "Məcməüş-şüəra"nın məclisinə. Vahid orada məharətini göstərmiş, imtahandan əla çıxmışdı. Bundan sonra ona "Vahid" ("yeganə, tək") təxəllüsünü vermişdilər".
Bakı kəndlərində bu gün də muğama ciddi münasibətin qalması təqdirəlayiq hal hesab edilməlidir. Lakin meyxanaçılığın ifrat bayağılığa meyl etməsini hər halda yaxşı cəhət hesab etmək olmur. Meyxananın imkanlarından vaxtilə Sabir böyük məharətlə istifadə etdi. Sonradan Əliağa Vahid yaradıcılığında meyxananın təsiri xüsusi hiss olundu. Lakin indi texniki imkanların artdığı bir şəraitdə ümumən bayağılığa meyl edən meyxana janrı əslində insanların zövqlərinin korlanmasına, korşalmasına səbəb olur. Bu mənada əvvəlki ənənələrdən istifadə edilməsi zövqlərin inkişaf etməsinə də səbəb olar.
Şair Firidun Şahbuzlu deyir ki, şeirə vurğunluğunun qol-qanad açmasında Əliağa Vahidin xüsusi təsiri olub. "Dirili Qurbani" şeir məclisinin rəhbəri Yusif Dirili isə deyir: " Ulu Füzulidən bəri bəlkə də çox illər öncədən məhəbbət mövzusu yazılı ədəbiyyatın aparıcı qanadı olub. Amma ədəbiyyat tarixində az şair var ki, yaradıcılıq ünvanı birbaşa məhəbbətlə bağlıdır. Məsələn, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Əliağa Vahid belələrindəndir. Bütün yaradıcı şəxsiyyətlərin fəaliyyət istiqamətində məhəbbətin hərəkətverici qüvvə olduğunu da istisna etmək olmaz. Nə yaxşı ki, sevgi var. İnsanlığa sevgi, vətənə sevgi, dünyaya sevgi, sevdiyinə sevgi..."
Azərbaycanda tar sənətinin inkişafında xidmətləri olan tanınmış tarzən Vamiq Məmmədəliyev Əliağa Vahidin qəzəllərindən Azərbaycan xanəndələrinin daim bəhrələndiyini bildirir: "Bu, Vahidin bir qəzəlxan olaraq xoşbəxtliyidir ki, xanəndələrimiz daim onun qəzəllərinə müraciət edirlər. Vahidin şeir dili çox musiqilidir". Xanəndə Sabir Novruzov deyir: "Mən muğam ifaçılığında özünəməxsusluğu, bənzərsizliyi əsas sayıram. Məsələn, "Mirzə Nüseyn Segahı"nı dəfələrlə tamamilə fərqli şəkildə oxuyaram. İnsanın səsi, nəfəsi başqasınkına qətiyyən oxşamır. Gərək insanın böyüklüyünü muğamatda ifadə etməyi bacarasan. Muğamat başdan-ayağa sirrdir, sehrdir. Xanəndənin muğam oxuyarkən hansı şairlərin qəzəllərindən və necə istifadə etməsi məsələsi son dərəcə ciddi, vacib amildir. Görürsən hazırda bəzi xanəndələrin repertuarında daha çox Əliağa Vahiddən oxumaq dəbdədir. Amma Füzulidən oxuyanlar çox olsa da, nədənsə Nəsimidən oxuyanlar azdır. Füzuli ilahi aşiqlik rəmzidir, Nəsimidə insana sevgi cəngavərliklə birləşir. Mən daha çox Füzulidən, Nəbatidən, Sabirdən, Vahiddən və başqalarından oxumuşam. Əruz vəznində yazılanları oxumaq mənim həmişə ürəyimcə olub. Xalqımız çox incə qəlblidir. Bu, onun həyatın, mədəniyyətin bütün sahlərində dediyi böyük sözlə bağlıdır".
Araşdırmaçı Teyyub Qurban deyir: "Pul hesabına vəzifəyə gəlmək olar, amma pulla sənətkar, şair, əsil rəssam olmaq mümkün deyil. Nüseyn Cavidin, Əliağa Vahidin şair təbi məgər pulun hesabına mümkün olmuşdu? Yalnız sənətə, yaradıcı aqibətə sadiq olanlar sabahda yaşayırlar. Bu mənada illər bötəcək, Vahidin Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər barədə yeni-yeni söz deyiləcək".
  Sumqayıt hadisələrinin istintaqı yenilədi
Baş Prokurorluq bununla bağlı ölkə vətəndaşlarına müraciət edib
Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 1918-1920-ci illlərdə Azərbaycanın Bakı quberniyası, Quba, Şamaxı qəzaları və digər bölgələrində erməni-daşnak silahlı dəstələri tərəfindən yerli dinc azərbaycanlıların işgəncələr verilməklə kütləvi surətdə qətlə yetirilməsi, əmlaklarının talan edilməsi, yandırılması, dağıdılması, əhali üzərində zorakılıqların törədilməsi və sair faktlarla əlaqədar cinayət işinin istintaqı davam etdirilir.


  MƏZƏNNƏLƏR
  DOLLAR
 0,8247
  AVRO
 1,292
  RR
 0,0348

  XƏBƏR LENTİ
30/07/2010 Ermənilər Türkiyədən milyardlarla dollar istəyirlər
30/07/2010 Qeydiyyat problemi QHT-ləri birləşdirib
30/07/2010 Sumqayıt hadisələrinin istintaqı yenilədi
30/07/2010 Rusiyadan heç nə ummaq olmaz
30/07/2010 Rusiya yanlış siyasətinin qurbanına çevrilir
30/07/2010 "Millətinin tarixini bilməyənlərə bütöv insan kimi baxmıram"
30/07/2010 İran Mədəniyyət Nazirliyinin qəribə şərti
30/07/2010 İsrail-Fələstin danışıqları başlamamış kəsildi
30/07/2010 Rusiya yanır
30/07/2010 "Çeçenlərin rəftar kodeksinə ehtiyacı yoxdur"
30/07/2010 "Traktor"un azarkeşləri narazıdır
30/07/2010 İran Mədəniyyət Nazirliyinin qəribə şərti
30/07/2010 Mədə-bağırsaq xəstəlikləri artır
30/07/2010 Azərbaycanın milli geyimləri
30/07/2010 Abituriyentlər ixtisas seçir
30/07/2010 Yanan bazardan reportaj
30/07/2010 Maaş və pensiyalar sentyabrda artırıla bilər
29/07/2010 Erməni ordusunda atışma
29/07/2010 Ermənistansız Cənubi Qafqaz ittifaqı
29/07/2010 Gənclərin işsizlik problemi...
29/07/2010 Azərbaycanın ilk hüquq professoru
29/07/2010 "...O vaxt İsa Qəmbərin özünü partiyadan çıxarmaq lazım idi"
29/07/2010 Rusların sayı 25 milyon nəfər azalacaq
29/07/2010 Rusiyada benzinin qiyməti bahalaşdırılıb
29/07/2010 Bahalı tikinti layihələri yerli istehsalı gölgədə qoyub
29/07/2010 "Lütfən, tələyə düşməyək"
29/07/2010 "Şərəfsiz təqdimat"
29/07/2010 "Zəhərlənmiş" gənclər
29/07/2010 "Hamımız Azərbaycanı çox sevirik"
29/07/2010 Səkinə Məhəmmədinin vəkili yoxa çıxıb
29/07/2010 "Arman" üzvlərinin məhkəməsi keçirilib
29/07/2010 Ermənilər Urmuda festival keçirir
29/07/2010 Əhvazda üç nəfər edam olunub
29/07/2010 "Traktor" Təbrizdə iki oyuna azarkeşsiz çıxacaq
28/07/2010 Geosiyasi bazar...
28/07/2010 Məhbus ailələri İran hökumətinə iki həftə vaxt verdi
28/07/2010 "Sulduzxəbər"in saytına qadağa qoyulub
28/07/2010 GAMAC soydaşlarımızı Berlin aksiyasına qoşulmağa çağırır
28/07/2010 Ermənilər İranda "erməni izi" axtarır
28/07/2010 "Quzeyli və güneyli gənclər arasında əlaqələr çox zəifdir"
28/07/2010 Ankaradan Moskvaya vizasız yollar görünür
28/07/2010 Ziya(n)lı iddialar
28/07/2010 Fars rejimi Təbrizin futbol komandasından qorxur
28/07/2010 "Biz turistləri əzizləməli və onlara öpüş göndərməliyik"
28/07/2010 İstirahətsiz QHT-lər...
28/07/2010 Küveyt əmiri Bakıya gələcək
28/07/2010 QHT-biznes əlaqələri çox aşağı səviyyədədir
28/07/2010 Qədim Tiflis xanəndələri
28/07/2010 Magistraturada boş qalan yerlərə qəbul aparılacaq
28/07/2010 "Bir pəncərə" sistemi sahibkarlara düşüb
27/07/2010 Ermənilərin ümidləri puç olur
27/07/2010 Moskva Əhmədinejadı
27/07/2010 "Şagirdlərin bilik səviyyəsi aşağı düşür"
27/07/2010 Millət vəkilindən maraqlı təklif
27/07/2010 "Qara deşik" əxlaqı
27/07/2010 "Türkiyənin olmadığı bir Avropa Birliyi daha zəif olacaq"
27/07/2010 İran ətrafında həlqə daralır
27/07/2010 "Kosova müstəqil olmamalı idi"
27/07/2010 Rusiya əks-təsirlə üz-üzə...
27/07/2010 "İranda dəyişiklik gözlənilir"
27/07/2010 Qədim Tiflis xanəndələri
27/07/2010 Uşaqlar istismar olunur
27/07/2010 Taxılın qiyməti bahalaşır
26/07/2010 "Kosova Azərbaycan üçün presedent ola bilməz"
26/07/2010 135 ilin ən böyük hədiyyəsi
26/07/2010 Gəncliyin dərdi nədir...
26/07/2010 "Kişi sözü"
26/07/2010 FHN jurnalistləri mükafatlandırdı
26/07/2010 Xəyanət yolu...
26/07/2010 Milli fəal Ayət Məhəmməd Cəfəri azadlığa buraxılıb
26/07/2010 "Nabucco"nun inşasına 2011-ci ilin sonunda başlanması planlaşdırılır
26/07/2010 AAKM ARTE televiziyasına etiraz məktubu ünvanlayıb
26/07/2010 Hayden: "İrana hücum qaçılmazdır"
26/07/2010 ABŞ-ın 92 min məxfi məlumatı internetə sızdı
26/07/2010 Hökumət ölkənin əsas bankını xilas edə bilər
26/07/2010 Muğam - musiqi sənətinin tacıdır
26/07/2010 İmtahanın nəticələri açıqlandı
26/07/2010 İnternet istifadəçilərinin sayı artır
23/07/2010 Ermənilər geri çəkildi
23/07/2010 "Unudulmaqda olan milli-mənəvi dəyərlərimiz və gəncliyimiz"
23/07/2010 Jurnalistlər üçün bina tikiləcək
23/07/2010 "Mətbuat Şurasına satılmışların qurumu demək absurddur"
23/07/2010 "2010-cu il Qarabağ ili olmayacaq"
23/07/2010 "Siyasi düşüncəsindən asılı olmayaraq hər bir media təmsilçisinin mükafatlandırılmasını müsbət addımdır"
23/07/2010 Yürüş Mehrəlibəyliyə ağır işgəncələr verilir
23/07/2010 "Səkinə Məhəmmədi Aştiani təzyiqə məruz qalır"
23/07/2010 "Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik"
23/07/2010 "Ermənistan-Azərbaycan münaqişəsi: təcavüz və işğal"
23/07/2010 İranda sərnişin təyyarəsi problemi
23/07/2010 Şimali Xorasanda zəlzələ
23/07/2010 AB İrana qarşı sanksiyaları razılaşdırıb
23/07/2010 İrandan Türkiyəyə yeni qaz kəməri çəkiləcək
22/07/2010 Qoyun dəvədən şanslıdır
22/07/2010 "Ettelaat" soydaşlarımıza divan tutur
22/07/2010 Brayza ermənilərin hədəfində...
22/07/2010 "Türkiyə mətbuatı və Qarabağ"
22/07/2010 1956-cı ildən gizli qalan məktublar üzə çıxdı
22/07/2010 "Azərbaycanın hərbi qələbəsi ermənilərin inadını qıracaq"
22/07/2010 "Rusiyanın zorakılığı əks-reaksiya doğurur"
22/07/2010 Jurnalist Əzəm Vismə azadlığa buraxılıb
22/07/2010 Həmədanda beş məhbusun əlləri kəsilib
21/07/2010 "Azadlıq" radiosu Azərbaycana düşmən kəsilib
21/07/2010 "Azərbaycan Rusiya ilə danışıqlara başlamalıdır"
21/07/2010 "Türkiyə İranla bağlı məsələlərdə çox ehtiyatlıdır"
21/07/2010 "Superpartiya" üçün "superkley" problemi
21/07/2010 Mənasız və nəticəsi olmayan danışıqlar...
21/07/2010 Media kapitanları mətbuatın gələcəyinə inanır
21/07/2010 Jurnalistlər Dağlıq Qarabağa getmək istəmir
21/07/2010 Sulduz bazarı da bağlandı
21/07/2010 BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi münasibətilə Kütləvi İnformasiya Vasitələrinə və bütün Azərbaycan xalqına təbrik ünvanlayıb.
21/07/2010 Milli fəalların həbsindən iki ay keçdi
21/07/2010 "Qeyri Hökumət Təşkilatları və Mətbuat"
21/07/2010 Azərbaycan türkləri Berlində aksiya keçirəcək
20/07/2010 Bernar Fasie həmsədrlikdən gedir
20/07/2010 Moskva Qarabağ danışıqlarını "dondurdu"
20/07/2010 Gülməli danışan kimdir?
20/07/2010 Təhsil haqqının artırılması təklifi narazılıq doğurur
20/07/2010 "Azərbaycan oyaqdı, Təbrizə dayaqdı!"
20/07/2010 Tox hardan bilər, ac nələr çəkir...
20/07/2010 "Azərbaycan mətbuatı üzərinə düşən missiyanı yerinə yetirib"