Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Eldar Namazovdan siyasətçi çıxmaz”

27.02.14, 13:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sərdar Cəlaloğlu: ""El” Hərəkatı yoxdur və bu onun blefidir”

ADP sədri Sərdar Cəlaloğlu Müsavat Partiyası və "El" Hərəkatının gözlənilən qurultayları və bu təşkilatların siyasi gələcəyi ilə bağlı proqnoz verib.
S.Cəlaloğlu APA-ya açıqlamasında deyib ki, əgər qurultay planlaşdırıldığı kimi, may ayında keçirilərsə, Müsavat Partiyasının başqanlığına ən şanslı namizəd partiyanın İcra Aparatının rəhbəri Arif Hacılıdır.
ADP sədri bildirib ki, mənəvi haqq baxımından da yanaşılsa, başqanlığa ən böyük mənəvi haqqı olan da A.Hacılıdır: "Çünki o, Müsavat Partiyasında ilk gündən təşkilatın ağırlığını öz çiyninə götürmüş şəxsdir. Ancaq Arif Hacılının xarakteri Müsavat Partiyasının monolitliyini təmin etməyə kifayət etmir" .
S.Cəlaloğlu ən azı Müsavat Partiyasının rəhbərliyində sintez olmasa, İsa Qəmbərdən sonrakı dönəmdə Müsavat Partiyasının taleyinin çox acınacaqlı olacağını söyləyib.
ADP sədrinin sözlərinə görə, "El" Hərəkatı yoxdur və bu Eldar Namazovun blefidir: "Eldar Namazovun təşkilatçılıq qabiliyyəti yoxdur. Eldar Namazovdan yaxşı politoloq çıxar, siyasətçi çıxmaz. Eldar Namazovda siyasətçi üçün xarakterik olan heç bir cəhət yoxdur. "El" Hərəkatında da 30-40 nəfər adam var, qrup maraqlarına görə bir yerdədirlər. Qrup maraqları da toqquşanda ayrılacaqlar".

Bu xəbər oxundu
- - -