|
|
|
|
Lavrov Koçaryanın diliylə danışır
27/08/2009
Qarabağ münaqişəsinin həlli prosesinin nəticə verəcəyinə yönəlik ümidləri aradan qaldıran açıqlamalar bir-birini əvəz etməkdədir. Bu günlərdə Birləşmiş Ştatların dövlət katibi Mark Qrosmanın Bakıda verdiyi "münaqişənin həlli tərəflərdən asılıdır" bəyanatının effekti səngiməmiş, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan növbəti açıqlaması ilə gündəmə gəldi. Rusiya mətbuatına müsahibəsində erməni diplomat ölkəsinin münaqişənin nizamlanmasına dair mövqeyini çatdırıb.
Rahid Cəfərli
O, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması məsələsinə toxunaraq, indiki şəraitdə bu addımın atılmamasının səbəblərini açıqlayıb. Koçaryan deyir ki, mövcud situasiyada belə bir qərarın verilməsi danışıqlar prosesinə mənfi təsir göstərə bilər. Hazir müavini bu minnətindən sonra İrəvanın həmin mövqeyinin dəyişə biləcəyini də diqqətə çatdırıb. Amma əlavə edib ki, əsas məsələ dünya dövlətlərinin Dağlıq Qarabağın müstəqilliyini tanımağa hazır olmalarıdır. Koçaryan sonrakı fikirləri ilə Azərbaycana meydan oxumaqda davam edib. Bildirib ki, Qarabağın azərbaycanlı icmasının mənsubları "status referendumu"na qatılmaq üçün Xankəndi rejimini rəsmən tanımalıdırlar. Koçaryanın bu açıqlamalarından sonra Azərbaycanın danışıqlar prosesində iştirakını davam etdirməsi məsələsi yenə də önə çıxır. Hər halda hakimiyyətin bu məsələdə qəti qərara gəlməsi çox vacibdir.
Milli İstiqlal Partiyası (AMİP) sədrinin müavini Əli Oruclu hesab edir ki, erməni nazir müavinini belə danışmağa həvəsləndirən Rusiya və Qərbin Qarabağ münaqişəsinin həllində tutduqları mövqedir: "Bilirsiniz ki, hətta Minsk qrupunun həmsədrləri Azərbaycanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe tutmur. Dəfələrlə deyilib ki, vasitəçilər Azərbaycan ərazilərinin işğaldan qurtarmasına təsir göstərmək əvəzinə, işğalçı Ermənistanı himayə etməklə məşğuldurlar. Belə bir şəraitdə isə təbii ki, Ermənistan hakimiyyəti öz mövqeyində qalır. Fikrimcə, Koçaryanın söylədiyi fikirlər də vurğuladığımız yanaşmadan irəli gəlir. Bilir ki, vasitəçilər belə fikirlərə görə onlara təpki göstərməyəcək. Başqa bir tərəfdənsə, o fikirlərin arxasında Rusiyanın Azərbaycana təzyiq amili də dayanır. Çünki Rusiya bütün hallarda Azərbaycanı məhz bu çərçivədə nəyəsə məcbur etməyə çalışır. Hər halda aydın olan budur ki, vəziyyətin belə qalması Azərbaycan üçün qətiyyən məqbul deyil. Ona görə də, hakimiyyət ərazilərimizin işğaldan azad edilməsi istiqamətində qətiyyətli addımlar atmalıdır. Əks halda, prosesin uzanması daha təhlükəli bir situasiya yaradacaq". |
|
Sumqayıt hadisələrinin istintaqı yenilədi
Baş Prokurorluq bununla bağlı ölkə vətəndaşlarına müraciət edib
Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 1918-1920-ci illlərdə Azərbaycanın Bakı quberniyası, Quba, Şamaxı qəzaları və digər bölgələrində erməni-daşnak silahlı dəstələri tərəfindən yerli dinc azərbaycanlıların işgəncələr verilməklə kütləvi surətdə qətlə yetirilməsi, əmlaklarının talan edilməsi, yandırılması, dağıdılması, əhali üzərində zorakılıqların törədilməsi və sair faktlarla əlaqədar cinayət işinin istintaqı davam etdirilir.
|
 |
|
|
 |
 |
| MƏZƏNNƏLƏR |
 |
| DOLLAR |
| 0,8247 |
| AVRO |
| 1,292 |
| RR |
| 0,0348 |
 |
|
|
 |
 |
|