MSK-nın növbəti iclası keçirilib Hadisə

MSK-nın növbəti iclası keçirilib

Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
İclasda 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə bağlı məsələlərə baxılıb.
İclasda 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə seçki komissiyaları tərəfindən səsvermənin nəticələrinə dair yekun protokolun hazırlanması qaydası təsdiq edilib.
Daha sonra həmin seçki dairəsi üzrə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası müzakirəyə çıxarılaraq təsdiqlənib.