Məhkəmə İlqar Məmmədovun şikayətini təmin etməyib Hadisə

Məhkəmə İlqar Məmmədovun şikayətini təmin etməyib

Apellyasiya Məhkəməsində "REAL" hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun şikayətinə baxılıb.
Məhkəmə onun şikayətini təmin etməyib.
Qeyd edək ki, İlqar Məmmədov Milli Məclisə keçirilən seçkilərdə 90 saylı Ağdaş seçki dairəsindən ilkin namizədliyini irəli sürüb. Lakin Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli mayın 5-də APA-ya açıqlamasında bildirib ki, İlqar Məmmədov seçilmək hüququnu itirib: "Artıq onun imza toplaması və Dairə Seçki Komissiyasına təqdim etməsi heç bir əhəmiyyət daşımır. Sənədlər təqdim olunsa belə, Dairə Seçki Komissiyası məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü və seçilmək hüququnun olmadığını onun diqqətinə çatdıracaq".
İlqar Məmmədov isə namizədliyinin ilkin qeydiyyatının ləğvinin qanunsuz hesab olunması, həmin qərarın ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.