“Magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməlidir” Hadisə

“Magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməlidir”

BAXCP sədri: "Bizim ermənilərə üstün gəlməyimizin bir yolu da elmin inişaf etdirilməsindən keçir"

"Biz hələ birinci oxunuşda "Elm haqqında" qanun layihəsini qəbul edərkən Şəmsəddin müəllimə dərin minnətdarlığımı bildirmişdim. Qanun layihəsi üzərində böyük iş görülmüşdü".
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev "Elm haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib: "Bir də hörmətli akademikimiz İsa Həbibbəyliyə də minnətdarlığımı bildirirəm. İkinci oxunuşda qanun layihəsi tamamilə yenidən işıənib. Əksər normalar yeni redaksiyada verilib. Çoxlu normalara əlavə və dəyişikliklər edilib. Mən də bir neçə təklif verəcəyəm, o təkliflər də qəbul olunsa, əminəm ki, Azərbaycanda elmin inkişafına öz töhfəsini verəcək. Qanunun 7-ci maddəsində elmi fəaliyyət sahəsində dövlətin vəzifələri müəyyən olunub. Hesab edirəm ki, dövlətin əsas vəzifələrindən biri də bu olmalıdır ki, elmi fəaliyyətdə təhsildə olduğu kimi fasiləsizlik prinsipi təmin edilsin".
Qüdrət Həsənquliyev qeyd edib ki, magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməlidir: "Dövlətin əsas vəzifələrindən biri də bu olmalıdır ki, təhsildə olduğu kimi elmi fəaliyyətdə də fasiləsizlik təmin olsun. Magsitrlərə və sonra da doktoranturaya daxil olan şəxslərə hərbi xidmətdən möhlət verilməldir. Bilirsiniz ki, bizim ordumuz aprel döyüşləri zamanı erməni işçğalçılarına ağır zərbələr endirərəkən 700 bal toplamış azərbaycanlı gənc şəhid oldu. Əlbəttə vətəni qorumaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir, borcudur. Amma vətəni təkcə səngərdə deyil, hər bir şəxs öz sahəsində də müdafiə edə bilər.
Düşünürəm ki, həmin, gənc bəlkə də elm sahəsində ölkəmizin, dövlətimizin müdafiəsi üçün daha böyük xidmətlər göstərə bilərdi. Əlbəttə hər bir şəhid, itki bizim üçün ağırdır, amma bu cür istedadların itirilməsi bizim üçün ikiqat ağıdır. Ona görə də hesab edirəm ki, mütləq peşəkar orduya keçməliyik. Təklif edirəm ki, elmi fəaliyyətin davam etdirilməsi üçün magistratura və doktoranturaya qəbul olmuş şəxslər hərbi xidmətə çağırışdan azad olunmalı, artıq fəlsəfə doktorları isə ümumiyyətlə orduya çağırılmamalıdır. Hələ 12-ci əsrdə böyük şairimiz, dahi Nizami Gəncəvi deyirdi:
"Alimdi gözümdə ən əziz insan,
Elmlə, hünərlə! - Başqa cür heç kəs
Heç kəsə üstünlük eləyə bilməz!"
Ona görə, bizim ermənilərə üstün gəlməyimizin bir yolu da elmin inişaf etdirilməsindən keçir".
Deputat 7-ci maddəyə fasiləsizlik prnsipi ilə yanaşı başqa bir maddənin də əlavə olunmasının zəruriliyini qeyd edib: "Dövlət büdcəsinin xərcləri ilə bağlı hissədə qeyd olunmalıdır ki, ən azı büdcə xərclərinin 4 faizi elmə sərf olunur. İqtisadiyyat kreditləşməsə, iqtisadiyyatın inkişafından söhbət gedə bilmədiyi kimi elm üçün vəsait ayrılmasa, nə qədər mükəmməl qanunlar qəbul etsək də onun sürətli inkişafına nail ola bilməyəcəyik. Bir də 34-cü maddə ilə bağlı təkliflərim var. Elmi işçilərin sosial müdafiəsi və elmi fəaliyyətinin stimullaşdırılması ilə bağlı. 34.3-cü maddədə qeyd olunmalıdır ki, ən azı elmi işçilərin əmək haqqları müəyyən olunarkən minimal əmək haqqı ehtiyac meyarının ən azı 5 mislindən az olmamaldır. Elmi fəaliyyətlə məşğul olan insanlar üçün mnimal hədd müəyyən edilməlidir. Hətta elmlə məşğul olan şəxslərin orta aylıq əmək haqqları ümumiyyətlə respublika üzrə göstəricilərdən xeyli aşağıdır. Düşünürəm ki, həm də buu problem öz həllini tapmalıdır. İkincisi də gənc alimlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Qanunu 34-9cu maddəsində qeyd olunmalıdır ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərə sosial ipotekanın vrilməsi təmin olunur. Bu impertaiv norma kimi qanunvericiliyə daxil edilsə, digər qnaunlara da dəyişikliklər etməklə bu problemi həll etmiş olarıq".