Nazir Kəmaləddin Heydərov Saatlıda qəbul keçirəcək Hadisə

Nazir Kəmaləddin Heydərov Saatlıda qəbul keçirəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 27-də saat 16.00-da Saatlı şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulunu keçirəcək.
Qəbulda yalnız Saatlı, Sabirabad, İmişli, Hacıqabul rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Saatlı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 26 may 2016-cı il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.