Azərbaycan qırıcıları Türkiyə səmasında Hadisə

Azərbaycan qırıcıları Türkiyə səmasında

Türkiyə Respublikasının Konya şəhərində "Anadolu Qartalı - 2016" beynəlxalq təlimi keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 30-dan başlayan təlimlərdə 7 ölkənin (Türkiyə, Azərbaycan, Avstraliya, Niderland, İtaliya, Pakistan və Səudiyyə Ərəbistanı) quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələri bölmələri, o cümlədən NATO qərargahının nümayəndələri iştirak edir.
Azərbaycan təlimlərdə Hərbi Hava Qüvvələrinin 3 pilotu ilə təmsil olunur.
Plana uyğun olaraq real müharibə şəraitinə yaxın təşkil edilən təlimdə iştirakçıların bilik və bacarıqlarının səviyyəsi yoxlanılacaq, eləcə də təcrübə mübadiləsi həyata keçiriləcəkdir.
Təlimlər iyunun 10-dək davam edəcək.