Mətbuat Şurası və “Vergilər“ qəzetindən birgə müsabiqə Hadisə

Mətbuat Şurası və “Vergilər“ qəzetindən birgə müsabiqə

Azərbaycan Mətbuat Şurası və Vergilər Nazirliyinin "Vergilər" qəzetinin ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "Heydər Əliyev və Azərbaycanda vergi siyasəti" mövzusunda fərdi
jurnalist yazıları müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi

Müsabiqənin məqsədi ümümmilli lider Heydər Əliyevin əsasını qoyduğu müasir vergi sistemi ilə bağlı yenilikərin və məlumatların cəmiyyətə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqənin mövzuları:
1. Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti;

2. Vergi Partyorluğu Sazişi: qarşılıqlı inam və etimad körpüsü;
3. Əmək müqaviləsi: gələcəyin təminatı.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
Müsabiqəyə hər üç istiqamət üzrə təqdim edilmiş yazıların mükafatlandırması nəzərdə tutulur.
I yer (3) - 800 manat
II yer (3) - 500 manat
III yer (3) - 300 manat
Bundan əlavə, 10 ən yaxşı yazı müəllifinə həvəsləndirici mükafatlar veriləcəkdir. Qaliblər Azərbaycan Mətbuat Şurası və Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi diplomları ilə təltif olunacaqlar.

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, televiziya və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
2. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
3. Yazıda "Vergilər Nazirliyinin "Vergilər" qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Yazıların qəbulu şərtləri

1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet, jurnal) 1 nüsxə.
2. Yazının elektron variantı CD diskdə. (Əgər yazı internet media resursunda gedibsə, CD diskdə yazının linki də göstərilməlidir).
3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə
4. Yazının həcmi 9-11 min işarə olmalıdır

Tələb olunan sənədlər

1. İşlədiyi KİV-in vəsiqəsinin surəti
Yazıların qəbulu 01 may 2014-cü il tarixdə başlayır, 31 may 2014-cü il tarixdə bitir. Müsabiqənin nəticələri 2014-cü iyunun 10-dək açıqlanacaqdır.
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Azərbaycan Mətbuat Şurasına şəxsən təqdim olunmalıdır. (Bakı şəhəri, Teymur Əliyev küçəsi 38)
Əlaqə: (012) 441 35 95; (050) 534 93 26; (055) 201 99 26
Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti.