Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışı olub Hadisə

Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışı olub

Bakının Xəzər rayonunda Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışı olub.
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, uzunluğu 21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunun tikintisi layihəsinin 7 kilometrlik ikinci hissəsinin yenidən qurulması işləri tamamlanıb.
Birinci texniki dərəcəli Qala-Pirallahı avtomobil yolunun 7 kilometrlik hissəsi 6 hərəkət zolaqlıdır. Hər bir hərəkət zolağının eni 3,75 metrdir. Ümumi eni 34 metr olan yolun kənarlarında riyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün səkilər inşa edilib. Marşrut avtobuslarının ümumi hərəkətə maneçilik törətməməsi üçün yol boyunca 14 dayanacaq inşa olunub. Layihənin reallaşdırılmasında əsas məqsəd həm şəhər mərkəzi, Mərdəkan və Bilgəh, həm də Qala və Pirallahı istiqamətlərində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdır.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Xatırladaq ki, yolun 4 hərəkət zolağından ibarət olan 14 kilometrlik hissəsi 2014-cü ilin oktyabr ayında istismara verilib. Üolun 6 hərəkət zolağından ibarət olan ikinci hissəsinin tikintisinə isə 2015-ci ildə başlanılıb.