Sosial siniflərin xüsusi ədəbiyyatı ola bilməz Hadisə

Sosial siniflərin xüsusi ədəbiyyatı ola bilməz

1-ci yazı

ХХ əsrin əvvəllərində dünyada baş vermiş bir çox böyük tariхi hadisələr: 1914-1918-ci illəri əhatə edən Birinci Dünya müharibəsi, 1917-ci ildə Rusiya imperiyasında baş verən Fevral Burjua inqilabı, eləcə də həmin ildə Böyük Oktyabr Sosialist İnqilabı - Oktyabr çevrilişi nəticəsində dünyanın ictimai-iqti-sadi və siyasi sistemində aşkara çıхmış parçalanmalar çoх böyük təlatümlər ya¬rat¬mışdı. Bu təlatümlərin böyük bir hissəsi Rusiya tariхi ilə sıх bağlı olan ictimai-siyasi hadisələr olmuşdu.
Birinci dünya müharibəsinin davam etməsi, Rusiyanın müharibədəki hər¬bi uğursuzluqları imperiya ərazisində, хüsusən mərkəzi şəhərlərdə ərzaq çatış¬ma-mazlığına və əhali arasında narazılıqlara gətirib çıхarmışdı. Ölkədə kütləvi etiraz aksiyaları siyasi gərginliyin artmasını sürətləndirmişdi. Хüsusən bolşe-vik¬lərin müharibə əleyhinə əks təbliğatı, fəhlələri etiraz aksiyalarına çağırmaları, insan¬ları siniflərə bölərək, onlar arasında düşmənçiliyi təbliğ etmələri vəziyyəti daha da gərginləşdirmişdi. Bütün bunların nəticəsində, 1917-ci il fevralın 27-də Rusi¬ya imperiyanın paytaхtı Petroqradda baş vermiş burjua inqilabı 300 ildən artıq Rusiyada hökmranlıq etmiş Romanovlar sülaləsinin sonuncu nümayəndəsi olan II Nikolay hakimiyyətinin devirilməsinə gətirib çıxardı.
Bu böyük hadisədən sonra imperiya ərazisində qarmaqarışıqlıqlar baş vermiş və bunlar da sonradan Rusiya imperiyasının dağılmasına səbəb olmuşdu. Fevral Burjua inqilabından sonra, 1917-ci ilin mart ayının 1-də Rusiya Dövlət Dumasının aхşam iclasında knyaz Q.Y.Lvovun başçılığı ilə yeni hökumət qurulmuşdu. Rusiyada müvəqqəti hökumətin yaranması ilə imperiya ərazisində baş verə biləcək hər hansı özbaşınalığın qarşısının alınmasına şərait yaratmış oldu.
1917-ci il iyulun 26-da Rusiyada-Petroqradda bolşeviklər partiyasının VI qurultayı öz işinə başladı. VI qurultay V.İ.Leninin hakimiyyəti silahlı üsyan yolu ilə ələ almaq xəttini qəbul etdi. Çünki bolşeviklər Rusiyada iyul hadisələrindən sonra yaranmış siyasi vəziyyəti təhlil edərək, onun ümummilli böhrana keçəcəyi qənaətinə gəlmişdilər. 1917-ci il oktyabrın 25-də Petroqradda bolşeviklərin silahlı üsyanı nəticəsində Müvəqqəti hökumət devrildi. 1917-ci il oktyabrın 25-də (yeni təqvimlə noyabrın 7-də) Rusiyada Böyük Oktyabr Sosialist İnqilabı baş verdi və bolşeviklər hakimiyyət başına gəldilər. Bu inqilabı sonralar əksər tarix¬çilər və politoloqlar Oktyabr inqilabı yox, "Oktyabr çevrilişi" adlandırdılar. Çün¬ki 1917-ci il Oktyabr inqilabı baş verəndə Rusiya artıq I Dünya müha¬ribəsinə qoşulmuşdu və o, özünün bütün hərbi gücünü və iqtisadi poten¬sialını müharibəyə yönəltmişdi. İnqilab (Çevriliş) isə o zaman baş vermişdi ki, Petroqradın və Mos¬kvanın əsas strateji obyektlərini qoruyan hərbi hissələrin çox böyük əksə¬riyyəti cəbhəyə göndərilmişdi. İnqilabın rəhbəri olan V.İ.Lenin (Ulyanov) çox böyük hiyləgərliklə İnqilab (Çevriliş) vaxtını - yəni 1917-ci ilin oktyabrın 25-dən 26-na keçən gecəni düzgün seçə bilmişdi.
V.İ.Leninin bu inqilab haqqında dediyi çox məşhur kəlam da bunu sübut edirdi: "Dünən tez idi, sabah çox gec olacaq. Bu gün hakimiyyəti ələ almaq lazımdır". Leninin fikrinə görə, "25 oktyabr gecə saat 12-də IV Dövlət Du-masının Daimi Komitəsinin fəaliyyəti başa çatırdı. 1912-cü ilin 15 noyabrında III Dövlət Duması dağıldıqdan sonra yaradılan və Rusiyanın son qanuni hakimiyyəti olan IV Dövlət Duması ölkədə son qanuni seçilmiş hakimiyyət orqanı idi. Ölkədə heç bir digər orqan qanuni gücə malik deyildi.
V.İ.Leninin qənaətinə görə 24 oktyabrda hərəkətə keçmək çox tez olacaqdı. Digər tərəfdən, 26 oktyabrda II Sovetlər qurultayının təşkili zamanı, hərəkətə keçmək üçün də çox gec olacaq, sürətli və qətiyyətli hərəkət etmək çətin olacaqdı. Ona görə də oktyabrın 25-də gecə hərəkətə keçilməsini Lenin qətiyyətlə təkid edirdi. Buna görə də V.İ.Lenin Mərkəzi Komitənin üzvlərinə 24 oktyabr tarixli məktubunu yazdı.Bu məktubda Lenin yazırdı: "Mən bu sətirləri 24-ü axşam yazıram. Vəziyyət tamamilə böhranlıdır. İndi həqiqətən üsyanda ləngimək ölümə bərabərdir… Burjuaziyanın, kornilovçuların, ayrı-ayrı yuxarı orqanların davranışları da göstərir ki, gözləmək olmaz! Nəyin bahasına olursa olsun, inqilabı başlamaq lazımdır. Gözləmək olmaz!! Yoxsa hər şeyi itir¬mək olar!!
...Hər hansı bir şəkildə, Kerenskinin və onun komandasının əlində 25 oktyabra kimi hakimiyyəti saxlamaq olmaz. Məsələni hökmən bu gün axşam və ya gecə həll etmək lazımdır. Tarix inqilabçıların bu gün qalib gələ biləcəkləri halda (və yəqin ki, bu gün qələbə qazanılacaq!) ləngiməsini və sabah bir çox şeyləri, hətta hər şeyi itirmək riskini inqilabçılara bağışlamayacaq... Hökumət laxlayır. Necə olursa- olsun, bunu sona çatdırmaq lazımdır! Üsyanda ləngimək ölümə bərabərdir…"
Oktyabr İnqilabı (Çevriliş) elə V.İ.Leninin düşündüyü vaxt da həyata keçirildi. Onu da qeyd etmək lazımdır ki, Oktyabr İnqilabının ilk 10 ilində bu hadisənin qəhrəmanlarının özlərinin əksəriyyəti də elə bu inqilabı bəzi mənfi çalarlarına baxmayaraq "Oktyabr Çevrilişi" adlandırdılar.


Oktyabr çevrilişindən sonra Rusiyada proletkultçuluğun yara¬dılması


"Oktyabr çevrilişi"ndən sonra yeni yaranan Sovet totalitar rejimi öz haki¬miy-yətlərini möhkəmlətmək cəhdini həyata keçirmək üçün və özləri istəyən səviy-yədə hakimiyyətlərini reallaşdırmaqdan ötrü, təbii ki, müəyyən tədbirlər həyata keçirməyə başladı. Bu tədbirlərdən biri Böyük Oktyabr Sosialist İnqi¬la¬bından az sonra Rusiyada 1920-ci illərdə proletar ədəbiyyatı (proletkult¬çu¬luq) kon-sepsiyasının yaradılması oldu. "Proletkult" sözü isə 1917-1932-ci illərdə Rusiya Xalq Maarif Komissarlığı nəzdində fəaliyyət göstərən proletar mədəni-kütləvi, maarif və ədəbi bədii təşkilatının qısaldılmış adından götürülüb. Proletkult¬çuluq - XX əsrin 20-ci illərində ədəbiyyat və incəsənət sahəsində meydana çıxan, əslində obyektiv şəkildə folklora, ədəbiyyata, eləcə də incəsə-nətə zidd olan ideoloji bir təmayül idi. O dövrdəki "voronskiçilik", "perever-zevçilik" və s. bu kimi təmayüllərlə yanaşı, proletkult¬çuluq da sovet ədəbiy¬yatı-nın nəzəri-təşkilat məsələlərində kobud səhvlərə yol verir, ədəbiyyat, folklor, mədəniyyət, eləcə də incəsənətə dair bir sıra nəzəri-praktik məsələləri əsaslı şəkildə, kökündən təhrif edirdilər. Proletkultçuların ən ciddi nöqsanı folkloru, xalq ədəbiyyatını, o cüm¬lədən klassik ədəbi irsi layiqincə qiymətləndirə bilmə-mələri, hətta bir çox hallarda onu inkar etmələri, yaradıcılığa inqilabdan əvvəl başlamış yaşlı şair və yazıçılara etimadsızlıq göstərib, onları özlərindən uzaqlaş¬dırmaları idi.
Təxminən on beş ilə yaxın ədəbiyyat, folklor, eləcə də mədəniyyət və incəsənətə mövcud olan Proletkultçuluq çox ciddi nöqsanlara gətirib çıxartdı. O dövrdə vəziyyəti dəyişdirmək, yeni şəraitdə ədəbiyyatı daha intensiv inkişaf etdirmək, bu işdə təcrübəli şair və yazıçılardan lazımınca istifadə etmək məqsədilə partiyanın Mərkəzi Komitəsi "Ədəbi-bədii təşkilatların yenidən qurul¬ması haqqında" 1932-ci il 23 aprel tarixli qərarını qəbul etdi. Bu qərar sovet ədəbiyyatının inkişafında yeni mərhələ olub, bir çox şair və yazıçıları bu sahədə buraxılan səhvlərin aradan qaldırılmasına səfərbər etdi.
Yeni yaranan "Proletar ədəbiyyatı" anlayışı əslində inqilabçı maarifçiliyin bir şəkli idi. Belə ki, maarifçilər ədəbiyyatdan pedaqoji tərbiyə üçün, marksist¬lər, bolşeviklər isə sosial-ideoloji tərbiyə üçün istifadə edirdilər. Rusiya¬da bol¬şevik inqilabından sonra sovet hakimiyyətinin rəsmi himayə etdiyi ədəbiyyatın adı kimi yaranan "proletkultçuluq" 20-ci illərdə proletar ədəbiyyatının əsas kon-sepsiyası kimi meydana çıxdı. Bu konsepsiyaya görə, hakimiyyəti ələ almış fəhlə-kəndli sinfi yeni bir mədəniyyət və yeni bir ədəbiyyat yaratmalıdır. Burada ən qəribə hal, ən əsas tələb isə yeni yaranacaq ədəbiyyat kadrlarının, mədəniyyət nümayəndələ¬rinin mütləq inqilabçı fəhlələr arasından çıxacağı ümidi idi. Bu nəzəriyyəyə əsaslanaraq varlı siniflərdən olan qələm adamları-yazıçılar, şairlər "sinfi düşmən" elan edildi və onların əsərləri isə zərərli, irticaçı hesab edildi. Bolşeviklərin ədəbi siyasəti partiyanın yuxarı orqanları tərəfindən ədəbiyyata dair qəbul edilən xüsusi direktiv qərarlar əsasında aparılırdı. Bu qərarlar klassik ənənəyə əsaslanan ədəbiy¬yata, o cümlə¬dən folklora bir növ yuxarıdan aşağı baxdığı halda, proletkultçular tərəfindən ehkam kimi qəbul olunur və olduğu kimi tətbiq olunurdu.
Nəticədə proletar ədəbiyyatı burjua maarifçiliyi ilə dini maarifçilik arasın¬da olan bir hadisə kimi meydana çıxdı. Bu ədəbiyyat bir tərəfdən şüurlu, qabaq¬cıl fəhlə sinfini tərbiyə etməli idi və bu burjua maarifçilərinin idrak qanun¬ları ilə yaşayan insan nəzəriyyəsinə uyğun idi. İkinci tərəfdən, proletar ədəbiy¬yatı proletar dünyagörüşünü, marksizmi yayan və tərbiyə edən bir vasitə sayılırdı və bu da onu dini maarifçiliyə, din təbliğinə yaxınlaşdırırdı. Ancaq bu vəziyyət uzun sürmədi və tezliklə bolşevik ideoloqlarının özləri də anladılar ki, sosial siniflərin xüsusi ədəbiyyatı ola bilməz. Çünki bu, "ədəbiyyat" və "mədəniyyət" anlayışının təbiətinə tamamilə ziddir. Proletar ədəbiyyatı kon¬sepsiyası bilavasitə Oktyabr inqilabının rəhbəri V.İ.Lenin tərəfindən hazırlan¬mışdı və sözün hərfi mənasında ədəbiyyatın proletariatın inqilabını və hakimiy¬yətini, daxili siyasətini himayə etməsini nəzərdə tuturdu.
Sonradan bu konsepsiya "Sosialist realizmi" termini kimi – SSRİ-də bolşevik inqilabından sonra sovet hakimiyyətinin rəsmi himayə etdiyi yeni tipli bir ədəbiyyatın adı kimi rəsmiləşdirildi.



Tahir Orucov
filologiya üzrə fəlsəfə doktoru, dosent