Lənkəranda “Azərişığ“ın maşınını yandırdılar Hadisə

Lənkəranda “Azərişığ“ın maşınını yandırdılar

Lənkəran rayonunda "Azərişıq" ASC-yə məxsus avtomobil yandırılıb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Liman şəhəri, Həzi Aslanov küçəsində baş verib.
Məlumata görə, həmin küçədə elektrik naqillərinin şəbəkədən ayrılması üçün əraziyə göndərilən işçilərlə yerli sakinlər arasında mübahisə yaranıb. Mübahisə zamanı bir qrup şəxs avtomaşının üzərinə alışdırıcı maddə tökərək yandırıb.
Nəticədə, Qasımov Nizam Mirzə oğlunun idarə etdiyi "Qazel" markalı 18-AC-061 dövlət qeydiyyat nömrə nişanlı qaldırıcı kran avtomaşınının mühərrik hissəsi alışıb. Yanğın sakinlər tərəfindən söndürülüb