BAXCP sədri KİV və QHT nümayəndələrini təbrik edib Hadisə

BAXCP sədri KİV və QHT nümayəndələrini təbrik edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunan Kütləvi İnformasiya Vasitələrinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrini təbrik edib. BAXCP sədrinin təbrik mesajında deyilir: ““Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunan Kütləvi İnformasiya Vasitələrində QHT sektorunda fəaliyyət göstərən dostlarımızı bu yüksək mükafata layiq görülmələri münasibətilə təbrik edir, hər birinə möhkəm cansağlığı və uğurlar diləyirəm”.