Türkiyədə yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb Hadisə

Türkiyədə yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb

Türkiyənin cənubundakı Adana vilayətində baş vermiş yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb.
Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil dərəyə düşüb.
Məlumata görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan beş nəfərin Türkiyə vətəndaşı olduğu bildirilir.
Qeyd olunur ki, xəsarət alanlardan biri 33 yaşlı Azərbaycan vətəndaşı Aygün Hüseynova olub.
Xəsarət alanların vəziyyəti normal qiymətləndirilir.