İsrail ordusu İrandan yeni raket zərbəsi aşkar edib
8 Mart 16:04
8 Mart 16:04
20 Avqust 2019 11:17
1 687
2019/2020-ci tədris ili üçün Bakı Dövlət Universitetinə (BDU) qəbul olunan tələbələrin sənəd qəbulu davam edir.
BDU-dan bildirilib ki, 16 fakültə və 65 ixtisas üzrə aparılan sənəd qəbulunun asan və rahat keçməsi üçün bütün zəruri tədbirlər görülüb.
Dekan və dekan müavinləri, tyutorlar və məsul şəxslərin iştirakı ilə aparılan sənəd qəbulu prosesinə universitetin könüllü tələbələri də dəstək verirlər.
Sənədlərin qəbulu avqustun 27-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 9:00- 17:00 arasında universitetin əsas binasının 1-ci mərtəbəsində keçirilir və hazırda qəbul olunanların üçdəbiri qeydiyyatdan keçib.
Xatırladaq ki, 23 mindən çox tələbəsi olan BDU-ya hər il 5 mindən çox tələbə qəbul olur. Qazax filialı da daxil olmaqla ölkənin ali təhsil müəssisələri arasında ən çox tələbə qəbulu universitetin payına düşür.
BDU rəhbərliyi və kollektivi tələbə adını qazanan gəncləri və onların valideynlərini təbrik edir, təhsildə uğurlar arzulayır.
7 Mart 13:36
1 967
7 Mart 11:27
1 820
7 Mart 11:01
1 904