Koronavirusun aşkarlanması üçün Gəncə və Naxçıvanda laboratoriyalar qurulub Hadisə

Koronavirusun aşkarlanması üçün Gəncə və Naxçıvanda laboratoriyalar qurulub

“Bizdə artıq koronavirusa yoluxma gündəlik üçrəqəmli həddə çatıb”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, bu gün 3 min test yoxlaması aparılıb, 105 nəfərin virusa yoluxduğu aşkarlanıb: “Bu günlərdə Gəncədə laboratoriya fəaliyyətə başlayıb. Şəki və Sumqayıtda da laboratoriyalar açılacaq. Naxçıvanda laboratoriyanın qurulmasına nail olduq. 105 yoluxma arasında Naxçıvanda aşkarlanan hallar da var. Hazırda ümumi yoxuma 822 nəfərə çatıb. Bu gün 19 nəfər sağalaraq evə göndərilib. Pandemiyadan sağalan şəxslərə iltizam forması imzalatdırılır. Onlara evdə özlərini necə aparacağı barədə təlimat verilir”.